525.Az

Lider TV-nin müflis elan edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb


 

Lider TV-nin müflis elan edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb<b style="color:red"></b>

Bakı Apelyasiya Məhkəməsində “Lider TV və Radio-Azərbaycan” MMC müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Hakim Raqib Qurbanovun sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qərar çıxarıb.

 





19.08.2020    çap et  çap et