525.Az

“Hüquqi islahatlar cəmiyyətin inkişafına təkan verir”


 

“Hüquqi islahatlar cəmiyyətin inkişafına təkan verir”<b style="color:red"></b>

NATİQ ABDULLAYEV: “ÖLKƏMİZİN SON 15 İLLİK TARİXİNDƏ QAZANDIĞI NAİLİYYƏTLƏR, İLK NÖVBƏDƏ, HÜQUQİ İSLAHATLARIN DÜZGÜN İSTİQAMƏTLƏNDİRİLMƏSİ SƏMƏRƏLİ HƏYATA KEÇİRİLMƏSİ İLƏ SIX BAĞLIDIR

Güclü dövlətin, güclü cəmiyyətin əsas sütunlarından biri hüquqi dövlət quruculuğudur. Bir çox sahələrdə olduğu kimi bu istiqamətdə dövlət tərəfindən genişmiqyaslı addımlar atlaraq, mühüm tədbirlər, islahatlar həyata keçirilir. “Hüquqi İslahatlara Yardım Mərkəziİctimai Birliyinin sədri, Natiq Abdullayevlə söhbətimizi bu istiqamətdə qurduq.

Natiq müəllim, Azərbaycanda hüquqi dövlət quruculuğu barədə fikirlərinizi bilmək maraqlı olardı.

– 1993- ildən etibarən ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü rəhbərliyi altında gənc, müstəqil respublikamızın dövlət suverenliyinin, iqtisadi qüdrətinin möhkəmləndirilməsi, ölkədə vətəndaş cəmiyyətinin qurulması inkişaf etdirilməsi məqsədilə genişmiqyaslı islahatlar həyata keçirilməyə başlandı. Dövlət cəmiyyət həyatının müxtəlif sahələrində aparılan iqtisadi, sosial, mədəni islahatlarla yanaşı, hüquqi islahatlar da hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun prioritet prinsiplərindəndir. Artıq bu gün inamla demək olar ki, Azərbaycan Respublikasının son 15 illik tarixində qazandığı nailiyyətlər, ilk növbədə, hüquqi islahatların düzgün istiqamətləndirilməsi səmərəli həyata keçirilməsi ilə sıx bağlıdır.

Azərbaycan dövləti tərəfindən islahatlar, o cümlədən, hüquqi islahatlar bu gün davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son 7 ildə aparılan məhkəmə-hüquq islahatları, yeni təsisatların yaradılması, ədliyyə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi vətəndaş cəmiyyətinin inkişafını təmin edən tədbirlərdir. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin daimi mütərəqqi inkişafını təmin etmək üçün hüquqi islahatların mütəmadi davam etdirilməsi zəruridir. Bu prosesdə dövlət siyasətinin cəmiyyətə çatdırılması, təbliği üçün ictimai təşkilatların məqsədyönlü aparması da müsbət rol oynayır.

Təmsil etdiyiniz ictimai birlik vətəndaş cəmiyyəti institutu olaraq bu sahədə hansı işlər həyata keçirir?

– “Hüquqi İslahatlara Yardım Mərkəziİctimai Birliyi qısa müddət ərzində qarşıya qoyduğu məqsədlərə doğru fəaliyyətində uğur qazanan vətəndaş cəmiyyəti institutlarındandır. Mərkəzimiz fəal vətəndaşlıq sırf peşəkarlıq mövqeyindən çıxış edərək bütövlükdə cəmiyyət həyatını əhatə edən hüquqi islahatların keyfiyyətcə yeni mərhələdə davam etdirilməsinə öz töhfəsini verir. Birliyimizin qısa müddət ərzində gördüyü işlərə nəzər saldıqda onları aşağıdakı kimi şərh etmək olar: Məhkəmə-hüquq islahatları çərçivəsində: mübahisələrin məhkəmədənkənar alternativ üsullar: mediasiya, konsiliasiya, arbitraj vasitəsilə həlli üsulları sahəsində beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə nail olmaq. Bununla bağlı ilk növbədə qeyd etmək yerinə düşər ki, Birlik yaranışından az sonra, artıq 2002-ci ildən fəaliyyət göstərənİnternational Commersial ArbitrationCəmiyyətinin bazasında hüquq varisliyi qaydasında Azərbaycan Arbitraj Mediasiya Mərkəzini yenidən təsis edib. Bununla artıq 2003- ildən fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi Birliyimizin nəzdində fəaliyyətini davam etdirməyə başlayıb. Mərkəzin fəal üzvlərinin, cəlb etdiyimiz peşəkar mütəxəssislərin dəstəyi ilə fəaliyyətimizin daha da təkmilləşdirilməsi səmərələşdirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi, beynəlxalq arbitraj sahəsində institutlarla əməkdaşlığın qurulmasına nail olunub. Son illərdə İsveç, Almaniya, Rumıniya, İtaliya, Ukrayna, Belarus, Rusiya, Türkiyə, Malayziya, Honq Konq, Dubay, Misir başqa ölkələrin beynəlxalq arbitraj institutları ilə qarşılıqlı əməkdaşlıq münasibətləri yaradılıb. Biz həmçinin Azərbaycan dövləti tərəfindən aparılan hüquqi islahatların təcrübədə tətbiqində iştirak etmək, beynəlxalq təcrübənin öyrənilməsi; qanunvericiliyə əlavə dəyişikliklərin hazırlanması qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyəti olan subyektlərə təqdim edilməsi sahəsində mühüm işlər aparırıq. Bu sahədə ilk növbədə mübahisələrin məhkəmədənkənar həlli üsullarının inkişaf etdirilməsi, təcrübədə tətbiqinin genişləndirilməsi ilə əlaqədar görülən işləri qeyd etmək yerinə düşər. Məlum olduğu kimi, “Beynəlxalq arbitraj haqqındaAzərbaycan Respublikasının Qanunu 1999-cu ildə qəbul olundu. Son illərdə beynəlxalq arbitraj institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, iqtisadi münasibətlərin hüquqi tənzimlənməsində yeniliklərin baş verməsi nəticəsində bu qanunun da məzmunca yeniləşməsinə zərurət yaranıb. Təmsil etdiyim birliyin ekspertləri cəlb edilmiş mütəxəssislərin iştirakı ilə adı çəkilən qanuna əlavə dəyişikliklər edilməsinə dair təkliflər hazırlanmış aidiyyatı üzrə təqdim olundu. Sevindirici haldır ki, bu təkliflərin bir qismi qanunverici orqan tərəfindən qəbul olunub. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsindəMediasiya haqqında”, “Münsiflər Məhkəməsi haqqındaQanun layihələri, “Beynəlxalq arbitraj haqqındaAzərbaycan Respublikasının Qanununa əlavələr, Mülki Prosessual Məcəlləyə əlavə dəyişikliklər Mərkəzimizin ekspertləri tərəfindən hazırlanmış aidiyyatı üzrə təqdim edilib.

Qanunvericilik aktlarının daha da təkmilləşdirilməsi ilə bağlı deyə bilərsiniz?

Ümumiyyətlə, qanunvericilik aktlarının təkmilləşdirilməsi sahəsində təşkilatımızın səmərəli fəaliyyət göstərməsi müəyyən töhfəsinin olduğunu qeyd etmək lazımdır. Belə ki, fəaliyyətinin ilk dövrlərindən milli qanunvericilik aktlarının beynəlxalq standartlara dəyişən ictimai münasibətlərə uyğunlaşdırılması, təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu mənada Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, Mülki Prosessual Məcəlləsinin, Cinayət Prosessual Məcəlləsinin s. normativ aktların bəzi müddəalarına əlavə dəyişikliklər edilməsinə dair indiyədək 40-a yaxın təkliflə Azərbaycan Respublikasının Milli Məclisinə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Ali Məhkəməyə, Ombudsmana digər qurumlara müraciətlər göndərilib. Aparılan araşdırmalar göstərir ki, bu təkliflərdən bir qismi aidiyyatı üzrə öyrənilmiş davam edən hüquqi islahatlarda nəzərə alınıb. Biz bundan sonra da hüquqi islahatların dəstəklənməsi sürətləndirilməsi prosesində fəal iştirak edəcəyik.

Hüquqi maarifləndirmə sahəsində hansı fəaliyyətiniz var?

Biz hüquqi maarifləndirmə sahəsində fəal aparırıq. Dövri mətbuatda mütəxəssislərimizin mütəmadi çıxışları ilə yanaşı, kütləvi tirajla dərc olunan maarifləndirmə məqsədilə pulsuz paylanan kitabların adlarını da qeyd etmək yerinə düşərdi. 2000-ə yaxın söz söz birləşməsini əhatə edən izahlıRusca-azərbaycanca hüquq lüğəti”, “Vərəsəlik. Normativ aktlar, Qərarlar, Şərhlər. (1923-2000-ci illər)”, “Mediasiya mübahisələrin alternativ həlli üsulu kimi”, “Mübahisələrin alternativ həlli üsulları: Beynəlxalq sənədlər, şərhlər, qanunvericilik”, “Soyqırım cinayəti (Beynəlxalq aktlar, normativ sənədlər, müraciətlər şərhlər toplusu)” kitabları kütləvi tirajla nəşr olunaraq mütəxəssislərin ictimaiyyətin ixtiyarına verilib. Bu sahədə tədbirlərimizi mütəmadi davam etdiririk.

Bununla yanaşı Azərbaycan dövlətinin insan vətəndaş hüquq əsas azadlıqlarının qorunması sahəsində tədbirlər həyata keçiririk. Biz respublika hüquqşünaslarının qüvvəsini cəmiyyətin daha da demokratikləşdirilməsi prosesinə, hüquqi dövlətin vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, cəmiyyətin mənafeyinin mühafizəsinə, vətəndaşların hüquq azadlıqlarının həyata keçirilməsi genişləndirilməsinə səfərbər etmək niyyətindəyik. İnsan vətəndaş hüquqlarının azadlıqlarının qorunmasında beynəlxalq təcrübənin öyrənilməsi, hüququ pozulmuş şəxslərin ixtisaslı səmərəli hüquqi yardımla təmin olunması sahəsində tədbirlər, bütövlükdə hüquqi yardımın təkmilləşdirilməsinə çalışmaq mərkəzin mütəmadi fəaliyyət sahələrindən biridir. Mərkəzin fəaliyyət istiqamətlərindən biri hüquqşünas peşəsinin nüfuzunun artırılması, hüquqşünasların peşə hazırlığının, peşə etikasının təkmilləşdirilməsi, xüsusən, vəkillərin nümayəndəlik fəaliyyəti ilə məşğul olan praktiki hüquqşünasların müxtəlif sahələr üzrə ixtisaslaşmasına yardım göstərməkdir. Bu məqsədlə yaxın vaxtlarda xüsusi layihənin həyata keçirilməsinə başlanılacaq. Məqsədimiz respublikamızda fəaliyyət göstərən vəkillərin praktiki hüquqşünasların ixtisaslaşma istiqamətlərini müəyyənləşdirmək, vahid informasiya bazası yaratmaq hər bir vətəndaşın həmin bazadan sərbəst istifadə edərək səmərəli hüquqi yardım almasına şərait yaratmaqdır. Sözügedən layihənin reallaşdırılmasına dəstək verilməsi üçün bir sıra dövlət qurumlarına elmi mərkəzlərə müraciət olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun rəhbərliyi Ombudsman Aparatı yeni layihənin insan hüquq əsas azadlıqlarının müdafiəsinin səmərəli təşkili üçün mühüm əhəmiyyət kəsb edəcəyinə dair rəy verib.

Hazırda mərkəzin mütəxəssislər qrupu qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün müasir beynəlxalq hüququn beynəlxalq əlaqələrin əsas xüsusiyyətlərini, beynəlxalq hüququn beynəlxalq təcrübənin ən yeni innovasion üsullarını araşdırır. Beynəlxalq hüquq ittifaqları təşkilatlarla birbaşa əlaqələrin yaradılması, beynəlxalq səviyyəli ekspertlərlə qarşılıqlı əməkdaşlığın qurulması da mərkəzin önəm verdiyi məsələlərdəndir. Biz öz missiyamıza uyğun olaraq Azərbaycan dövlətinin hüquqi islahatların davam etdirilməsi istiqamətində tədbirlərini bundan sonra da dəstəkləyərək, qarşısına qoyduğu məqsədlərin həyata keçirilməsində əzmlə fəaliyyət göstərəcəyik.

AQİL

 





13.01.2014    çap et  çap et