525.Az

İsa Həbibbəyli Naxçıvanda əsgərlərlə görüşdü - Foto


 

İsa Həbibbəyli Naxçıvanda əsgərlərlə görüşdü - <b style="color:red">Foto </b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikası ərazisində son illərdə düşməndən azad edilərək fəth edilmiş Qızıl Qaya zirvəsində N saylı hərbi hissənin əsgərləri ilə görüşüb.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun əldə etdiyi böyük uğurlardan bəhs edən İ.Həbibbəyli əsgərlərlə hərbi vətənpərvərlik mövzusunda söhbət aparıb.

Görüşdə Naxçıvan Əlahiddə Ordusunun əldə etdiyi uğurlardan da söz açılıb.

Akademik, eyni zamanda, son illərdə işğaldan azad edilmiş Günnüt kəndində olub, buradakı əsgərlərlə görüşüb.

İ.Həbibbəyli əsgərlərin suallarına cavab verərək onlara elmi-bədii ədəbiyyatlar verib və ərzaq yardımı edib.

 





20.08.2020    çap et  çap et