525.Az

“Bələdçi”ylə 240 səhifə...


 

“Bələdçi”ylə 240 səhifə... <b style="color:red"></b>

Gecə hava çönən təki sol ayağım sızıldayır.

 

Ovxalayıramdincəlmir.

 

Bürüyürəmsəbbi alınmır.

 

 Dilə tuturam, axırı.

 

 Bax, deyirəm, qaqaşın yatıb, sən yuxula.

 

 Sağ tayına baxıb xumarlanır...

 

 Axırıncı kərə qatarda üç gün, üç gecə yol gedəndən sonra qaqaşların heç biri beş-altı gün çimir eləmədi. Fikirləşdim, gör bələdçilər çəkir...

 

Onlardan birinin taleyini Eyvaz Zeynalov yazdı. Bu, bələdçi haqqında ilk romandı. Provadniki yəqin hamı görüb. Qatarda mələfə paylayan, biletsizlərə daha çox yarınan, sərnişin cibindən dəsmal çıxarandavallah, nahaq əziyyət çəkirsiz, passajirə qulluq borcumuzdudeyib şirinlik uman, tanrısız, talesiz adamlarla mən rastlaşmışam.

 

Eyvazın qatar bələdçisi onlardan deyil. Rüstəm hüquqşünas olmaq istəyir, əsgərliyə ona görə gedib ki, “yurfaka rahat girsin. Savadlı uşaqdı. Yəni azdan-çoxdan orta məktəb məlumatı var. Ədalətə inanır. Hüquqşünas olub cəmiyyətdəki naqisliklərə, rüşvətə cihad eləmək niyyətindədi. Kəsilib qayıdır kəndə. Bir küncə qısılır. Evləri meşokla doludu. “Yurfaka isə cəmi bircə meşok pul lazımdı. Meşoku götürüb rayondan çıxır. Pulla doldurub qayıdasıdı. Yük vaqonu bələdçisi işləyən qohumu Nuruş ona daydayılıq eləyir. Rusiyaya konyak, çaxır daşıyırlar. Kənddə eşşək növbəsinə buraxılmayan Rüstəm Sovet İttifaqının adlı-sanlı şəhərlərində qucaqdan-qucağa atılır. Cibi qalınlayır. Alkaşları, işlədiyi dəmiryol idarəsini, öz ailəsini, milisi, hamını, hamını aldadır. Əli harama dəyəndən sonra qanun tanımır. Gələcəyin hüquqşünası dönüb olur qanun pozucusu, cinayətkar...

 

Bələdçison aylar ən çox satılan kitablardandı. Mən oxuyanda reytinq qırıb eləmirdi, açığı. Eləcə müəllif isti-isti birini bağışladı, mən yayın cırhacırında birnəfəsə oxudum. Eyvazın yaxşı hekayələri var. Məsələn, “Əli metroda işləyir”, yaxudQarabağ hekayələri”. Romana təzə girişib. İkisinə birdən. “BələdçiQisas”. Eyvazın dili rəvandı. Romanda da bunu qoruya bilib. Amma yaradıcılığında bəzi yeniliklər eləyib ki, düzü, ürəyimdən olmadı. Kənd uşaqlarınınilk məhəbbətindənbelə uzun-uzadı danışmağa lüzum yoxdu. Bu, Eyvaz Zeynalov estetikası deyil. Rus qızlarıyla eşq macəraları daha maraqlı idi. Eləcə Sovet ölkəsindəki rüşvətin təsviri... “Pripiska”, yalan, zorakılıq, qanunazidd hərəkətlər... Qatar irəlilədikcə sadaladıqlarımız da artır. Rus insanının deqradasiyası... bir şüşə çaxır üçün nələrə hazır deyilmişlər?!

 

Onların xəbərləri yoxdu ki, gizlətdikləri çaxırın tərkibində azərbaycanlı bələdçilərin... təbii ehtiyacı da var... 

 

Azərbaycanlı bələdçilərinsə ağlına gəlmir ki, Rusiyadakı soydaşlarımızçaxırşünaslıqdayerlilərdən geri qalmırlar...

 

Kitabı oxuyandanavqustdan bəri ürəyimin başını yağır eləmiş cümləni yazmasam, deyəsən, dincəlməyəcəm:

 

O İLLƏR YÜK VAQONU BƏLƏDÇİLƏRİ İÇİNİ BATIRDIQLARI (OXUCULARA HÖRMƏTİM VAR) “AĞDAMI RUSLARA SATIB ÖYÜNÜRDÜLƏR;

 

20 İLDİ RUSLAR İÇİNİ BATIRDIQLARI (OXUCULARA HÖRMƏTİM TÜKƏNMƏZDİ) AĞDAMI BİZƏ SATMAĞA DA RAZILAŞMIRLAR...

 

O ki qaldı Rüstəmə:

 

qatardan düşüb xalq hərəkatına qoşulur,

 

kənddə ev tikdirir,

 

qazandığı pulu azadlıq aşiqlərinin qərargahına təhvil verir...

 

240 səhifəlik səfər başa çatır. “Qisası özünüz oxuyub alın. Mən 240 səhifəlik yük qatarından düşmüşəm, ayaqlarım keyiyib. Gecə solu dilə tutacam:

 

Qaqaşın yatıb, sən yuxula...

 

P.S. Eyvaz Zeynalovun romanı bir az uzun gəldi mənə. Təxminən 20 faiz. Müəllif  əslən qarabağlıdı. O, itirdiyi 20 faiz torpağı romanda bu yolla kompensasiya eləyib...

 

 





13.01.2014    çap et  çap et