525.Az

Ədalət Əsgəroğlunun onsuz keçən ilk doğum gününə...


 

Ədalət Əsgəroğlunun onsuz keçən ilk doğum gününə... <b style="color:red"></b>

Sığınıb Tanrı eşqinə, 
 Hürr olan, hürr olum necə? 
 Könül, odun bəs eyləmir, 
 Bu odnan, kül olum necə? 
 
 Cana məlhəm sözü yoğur, 
 Ələ düşməz belə uğur. 
Olumdan
bir ölüm doğur, 
 Ölümdən bir ölüm necə? 

Əsgəroğlum çox yanası... 
 Tikansızdı gülxanası. 
 Eşqin dəli-divanası, 
 Deməz ki, pir olum necə?  

 

Yaşasaydı, yanvarın 7- 56 yaşı tamam olacaqdı. Amansız ölüm bir neçə ay əvvəl yaxaladı gözəl şair, səmimi dost qayğıkeş insan Ədalət Əsgəroğlunu. Özü cismən aramızda olmasa da, işıqlı xatirəsi qəlbimizdə, şeirləri dilimizdə, ürəyimizdədi.

 

Ədalət Əsgəroğlu 80-ci illərdə ədəbiyyata gələn nəslin nümayəndəsidir. O nəsil bəxti gətirməyən nəsil sayılmasına baxmayaraq, Ədalət daima şeirlə, ədəbiyyatla nəfəs alan bir qələm adamı idi. İlk kitabıYaz ilə gələn sevda” 1989-cu ildə işıq üzü görüb. Sonrakı illərdəGöyçaydan başlayan ömür yolu”( 1999),  Mən sənə aşiqəm, dünya!” (1997),  Özüm qürbətdə, gözüm vətəndə” (2000), “Sabahını itirməyən adamlar” (2003), “Məmləkətim canım mənim...” (2005), “Dərdimizin qan rəngi” (poema: 4 dildə, Bakı, “Mütərcim”, 2009) kitabları çap olunub.

 

Ədalət ƏsgəroğlunaRuhun şad olsun!” “56 yaşın mübarək  deyirik. Sən bizim qəlbimizdə daim yaşayacaqsan əziz dost, gözəl şair!

 

Dayandur SEVGİN

 

 





13.01.2014    çap et  çap et