525.Az

Ömrün poeziya ətri


 

, YAXUD ASİM YADİGARIN 60 İLLİK YUBİLEYİNƏ ÜRƏK SÖZÜ

Ömrün poeziya ətri <b style="color:red"></b>

Hər kəsin həyatında mütləq ona köməklik edən, dəstək olan, ən azından imkanı daxilində qarşılıqsız hörmət gördüyü yaxşı insanlar olub. Bəlkə Tanrı bu dünyaya elə həmin yaxşı insanların üzü suyu hörmətinə dəyib toxunmur.

Mən həyatım boyu, xüsusilə poeziya yollarında həmişə yaxşı insanlara tuş gəlmişəm. İlk qələm təcrübələrimi (bəli, məhz qələm təcrübələri. Bu ifadəni ona görə çox sevirəm ki, burda qələm təcrübə sözləri qəribə bir təyin yaradır) hələ uşaq vaxtlarında, ötən əsrin 90- illərinin əvvəllərində kağıza köçürəndə evimizdə sözdən anlayan vardı. Atam həmişə  yazdıqlarımın dəyərindən çox toxunduğum mövzuların mahiyyətini qiymətləndirməklə mənə qol-qanad verib. 1994- ildən isə Qubada türk liseyində oxuyanda məktəbimizdəki poeziya dərnəyinə sevimli şairimiz Ramiz Qusarçaylı rəhbərlik edib. Universitetin ilk iki kursunu isə Qazaxda oxumuşam. Burda da Barat Vüsal qarşıma çıxıb. 2000-ci ildən Naxçıvan Dövlət Universitetinə köçürüləndən isə Asim Yadigarla qarşılaşmışam. Həmin vaxt bir qrupda oxuduğum tələbə yoldaşlarımdan biri Asim Yadigarın qızı Günay xanım idi. Beləliklə Asim müəllimlə tanışlığım, ünsiyyətim, o vaxtdan bugünədək isə yaradıcı əlaqələrim, yaradıcı dostluğum yarandı.

Asim müəllim o vaxt Naxçıvan Dövlət Televiziya Radio Verilişləri Komitəsində Ədəbi-Bədii Proqramlar redaksiyasının baş redaktoru idi. İlk dəfə televiziya ekranlarına da Asim müəllimin sayəsində ayaq açdım. Yaxşı xatırlayıram, 5-6 şeirimi səsləndirdim, özüm haqqında danışdım. O görüşdən sonra şeirlərimə yüksək qiymət verən Asim Yadigar mənə ilk kitabımı çıxarmağı məsləhət gördü. Nəşriyyat, çap vərəqi, redaktor, korrektor sözlərini belə təsadüfi hallarda eşitdiyim bir vaxtda şeir dəftərçəmi götürüb yollandım Asim müəllimin yanına. Elə onun ilk dəfəYolun uğurlu olsunön sözü ilə ədəbi ictimaiyyətə qədəm qoydum.

Bütün bunları yazmağıma səbəb Asim Yadigarın bu yaxınlarda, daha dəqiq desəm, yanvar ayının 5- 60 yaşının tamam olmasıdır. Asim Yadigar 5 yanvar 1954- ildə dünyaya gəlib. Ömrünün daha bir yubileyini qeyd edən, hazırda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, bütün bunların fövqündə isə dəyərli söz adamı, şair Asim Yadigar haqqında ürəyimdəki sözləri qələmə almaq keçdi könlümdən.

Onunla bir dəfə Türkiyənin Gümüşhanə şəhərinə bir həftəlik mədəniyyət günlərinə yollanmışıq. Bir otaqda qalmışıq. Yol təəssüratlarımdan da deyə bilərəm ki, Asim Yadigar həm yaxşı yol yoldaşıdır. Xalqın uzunömürlü təcrübəsi göstəriri ki yol yoldaşlığı edə bildiyin biriylə ömrün sonuna kimi yanaşı addımlamaq olar. Bu mənada Asim Yadigar yaxşı şair, olmaqla yanaşı, yaxşı insan, yaxşı yol yoldaşı, sirdaşdır. Məmməd İsmayılın yaddaşımda yurd salmış iki misrasını xatırlayıram:

Şair ki, sevilən şair olmadı,

O, insan kimi hörmətdən düşər.

Asim Yadigar şeirləriylə ürəklərə yol tapmış şairlərdəndir. Onun şeirlərində poeziyamızın bir çox janrlarında qələmə alınmış o qədər gözəl nümunələr var ki, istər-istəməz ruhunu riqqətə gətirir, ovqatını təzələyir, oxuduğundan heyrətlənib yenidən oxumaq istəyirsən.

Zirvə yolu”, “Unut bu sevdanı”, “Oğul dağı”, “Hər şeyin sonu var”, “Midiyanın süqutu”, “Kalba Musa çeşməsi”, “Bahar”, “Sənətinin vurğunu  adlı 8 kitabın müəllifi olan Asim Yadigar Naxçıvanda yaşasa da sözüylə, şeirləriylə Azərbaycan boydan-boya dolaşıb. Qonşu ölkələrdəki mötəbər kürsülərdən onun şeirləri ürəklərə yol tapa bilib. O, həm məhsuldar fəaliyyəti ilə seçilən biridir. Təkcə elə sadalayacağım faktları 60 illik ömrə sığdırmağın özü böyük istedad, qabiliyyət zəhmət tələb edir. Belə ki, Asim Yadigar 6 pyesin, 20- yaxın poemanın müəllifidir. Onlarla şeiri fransız, rus, fars, türk dillərində nəşr olunan qəzet jurnallarda, ədəbi almanaxlarda çap olunub. 20- yaxın almanaxda 70-dən artıq şeiri, poeması, pyesi dərc edilib. Bir vaxtlar işlədiyiİki sahil  Şərq qapısıqəzetlərində eləcə ölkənin digər mətbuat orqanlarında yüzlərlə məqaləsi, resenziyası işıq üzü görüb. Naxçıvan Dövlət Televiziyasında radiosunda son 25 ildə minə yaxın veriliş hazırlayaraq tamaşaçı dinləyicilərlə görüşüb.

Bütün bunların hamısını göz önündə canlandıranda sözün həqiqi mənasında bir yaradıcılıq heykəli qarşısında dayandığını zənn edirsən.

Asim müəllimin yazdığı şeirlər içərisində yaddaşımda həkk etdiyim bir çox nümunə var. Amma tarixçi alimə ünvanlanmış şeirində bir vətəndaş, milli təəssübkeşlik duyğusunu aydınca görmək olur.

Tarixin toz basmış cığırlarında
Bəzən seçmək olmur qaradan ağı.
Min ildən o yanda qalan tarixi
Sonradan başqa cür yazırlar axı.
    
Xalqalar var qələmdən tutur qılınctək,
Qələmlə döyüşüb zəfər çalırlar.
Elə tarix yazır tarixyazanlar,
Tarixin özünü çaş-baş salırlar.
    
Minillik tarixlər qələmə möhtac,
Tarix qələmin quludur demək.
Kimin güclüdürsə qələm tutanı,
O xalqın tarixi uludur demək.    

Bir neçə bəndini nümunə gətirdiyim bu şeirdə şair qədər gözəl ifadə edib qələmin qüdrətini. Kimin qələm tutanı güclüdürsə o xalqın tarixi güclüdür ifadəsi təkcə zamnının yox, məncə bütöv bir zamanın ifadəsidir. zaman bunu şairdən alacaq, xalq bunu şairdən alaraq özünün folklor genefonduna daxil edəcək, minilliklər boyu yaşadacaq. Atalar sözü, məsəllər səviyyəsində qoruyacaq. Çünki bu iki misranın daşıdığı məna yükündə böyük mətləblər ifadə olunur. Şair həm bütün zamanlarda qələm sahiblərinin qılınc sahiblərindən daha güclü olduğunu göstərib. Bu gün dünyaya vaxtı ilə sahiblik edən, hakim olan hökmdarların hökmü dara çəkilib. Amma sözün qüdrəti həm ondadır ki, o əsrləri , nəsilləri geridə buraxaraq zamana yoldaşlıq edə bilib.

Bu şeirdə Asim müəllimin demək istədiyi bir başqa mətləb isə tariximizi həmişə düzgün dəqiqi yazmalı, təbliğ etməliyik. Yəni qələmimiz həqiqəti, doğrunu zamanında yazdıqca bu xalqı, onun tarixini heç kim dana bilməyəcəkdir.

Sözlərində öz kədərindən daha çox xalqının kədəri hakim kəsilən bir şairin şeirlərində millət yanğılı, Vətən sevdalı, xalq eşqi ilə döyünən o qədər şeirlərə rast gəlirik ki.

Bir nağıl de”, “Səni döyüşə göndərirəm”, “Azərbaycan bayrağı”, “Azərbaycan dünyaya günəş kimi doğacaq”, “Hücum əmri ver mənə”, “Döyüş havaları çaldırmalıyıq”, “Darıxan məzarlar bu qəbildən olan yüzlərlə, bəli yüzlərlə şeirində Asim Yadigar təkcə şair deyil, həm vətəndaşdı, əsgərdi, şəhiddi.

Asim müəllim bəzən bir misra üstündə ağlamağı bacaran şairdi. Sözün qədrini bilənlər, sözə tapanlar, sözə xidmət edənlər o sözü dəyərdən düşməyə qoyarlar, onu havayı sərf edərlər. Bu mənada Asim Yadigar da sözə ən qiymətli varlığı kimi yanaşır. Ona görə şeirlərinin birində deyir ki:

Söz üstündə əriyirəm, yanıram şam tək,

Elə bil ki, oturmuşam köz üstündə mən.

Ağlayıram için-için, bir kimsə bilmir,

Ağlayıram bircə misra söz üstündə mən.

Sözə bu cür həssas yanaşan şairin yaradıcılığında istədiyiniz qədər maraqlı şeirlərə, misralara rast gələ bilərsiniz.  Belə ki, “Muğam”, “Qızımınüsyanı”, “Mən böyük adamam”, “Özümlə söhbət”, “Darıxan məzarlar”, “Hər şeyin sonu var”, “Unut bu sevdanı”, “Bir damla yaş kimi sair şeirlərin siyahısını o qədər artırmaq olar ki. Mən bu şeirlərdəki bir neçə nümunəni oxucuların nəzərinə çatdırmaq istəyirəm.

Muğam çalınanda susur bu aləm,

Səslərə qarışıb inləyirəm mən.

Muğam çalınanda elə bilirəm

Min illik dərdimi dinləyirəm mən. 

(Muğam)

lll

Bilmədik bahardı, bilmədik qışdı,

Kədər qəlbimizdə şırımlar açdı.

Cəbhəyə nişanlı gedən oğlanı

Güllələr təzədən nişanlamışdı.   

(Qara kağızlar)

lll

Vətəndir dünyada hər şeydən əzəl,

İlk sevgim, son sevgim bu yurd,

bu torpaq.

Məndən inciməsin sevdiyim gözəl,

Vətəni sevmişəm mən ondan qabaq    

(Vətən sevgisi)

lll

Sevgi od kimidi yanada közü,

Sönəndə adamı külü yandırır.

(Unut bu sevdanı)

Bu cür bədii poetik nümunələrlə dolu olan poeziya aşiqi, söz vurğunu Asim Yadigarın həm qeyri-adi yaddaşı var. Onun hafizəsində xalqın söz xəzinəsinin yüzlərlə nümunəsindən əlavə, Xaqanidən, Nizamidən, Həsənoğludan, Nəsimidən, Füzulidən, Xətaidən, Vaqifdən, Dədə Ələsgərdən, Səməd Vurğundan, Bəxtiyar Vahabzadədən, Məmməd Arazdan, ən müasir Azərbaycan poeziyasının dəyərli şairlərindən, eləcə Türkiyə Şərq poeziyasının tanınmış onlarla şairindən, rus dünya kalssiklərindən yüzlərlə, yaddaşını silkələsən bəlkə minlərlə nümunə hifz olunub. Bütün bunlarla yanaşı o özünün qələmə aldığı, həcmcə kiçik yaxud böyüklüyündən asılı olmayaraq bütün nümunələrini əzbərdən bilir. Hətta bəzən şair dostlarının öz şeirlərini söyləyərkən yadlarından çıxan misralarını Asim müəllim onlara xatırladır.

Yuxarıda söz açdığım Gümüşhanə səfərimizdə o Türkiyə vətəndaşları ilə söhbət zamanı Türkiyənin bir çox şairindən, Mehmet Akif Ersoydan, Tofiq Fikrətdən, Yəhya Kəmal Bəyatlıdan, Nəcif Fazıl Kısakürəkdən, Nazim Hikmətdən, Fazıl Hüsnü Dağlarcadan ard-arda o qədər nümunələr söylədi ki, ətrafımıza toplaşanların hamısı bu mənzərədən valeh olmuşdular.

Bu gün təkcə şair yazıçılar yox, bəzən ayrı-ayrı sahələrdə çalışan ziyalılar belə hər hansı bir misrada, şeirdə dara düşəndə mütləq Asim müəllimin zəngin yaddaşına üz tuturlar.

Asim Yadigar həm Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədridir. 2007-ci ildə Birliyin növbəti konfransında sədr seçiləndən sonra blokadada olan bu bölgədə ədəbi mühitdə xeyli canlanma yarandı. Demək olar ki, hər ayda 3 dəfə burada ayrı-ayrı ədəbi dərnəklər keçirilir. Ayda bir dəfə gənc ədəbi qüvvələrin yığıncağı keçirilir. Burada şeirlərini oxuyan, hekayələrini səsləndirən yeniyetmə yaradıcılara Asim müəllim öz məsləhətlərini əsirgəmir.

Hazırda nəşriyyatda Asim Yadigarın şeirlər, poemalar dram əsərlərindən ibarət yeni  kitabı çapa hazırlanır. Bundan əvvəlki kitablarında olduğu kimi bu yeni nəşrdə biz sevilən şairin bir-birindən maraqlı şeirlərini oxuyacağımıza əminik.

60 il bir insan ömür üçün zaman etibariylə bəlkə yetərli deyil. Lakin 60 illik bir ömürdə bu qədər işlərin görüldüyünü düşünəndə Asim Yadigarın bu ömürdən səmərəli şəkildə istifadə etdiyini görmək olar.

İnsan arzuları isə qətiyyən tükənmir. Asim müəllimin hələ arzusunda olduğu çox şeylərin var olduğuna əminəm. Bu mənada mən Asim müəllimi 60 illik yubileyi münasibətilə təbrik edirəm.

Asim müəllim, yeni-yeni poeziya nümunələri qəlblərində yurd saldığınız oxucularınızı bundan sonra da öz sevilən poeziyanızla riqqətə gətirəcəyinizə əminəm. Bunun üçün isə sizə uca Tanrıdan uzun sağlam bir ömür arzulayıram.Bir ki, şair qəlbi kövrək olur deyirlər. “Qurd oğlu, qurd olasan gərək bu zəmanədə, yaşamaz canım gözüm, çiçək bu zəmanədədesəniz , qədər ki, şairlər var,  ürəklərə yol tapan şeirlər var, o şeirlərdə hələ çox çiçəklər ətir saçacaq.  Poeziya ətriniz heç zaman tükənməsin.  

Elxan YURDOĞLU,  şair

 





13.01.2014    çap et  çap et