525.Az

"Qızıl top"u Ronaldo qazandı


 

"Qızıl top"u Ronaldo qazandı<b style="color:red"></b>

Bu gün FİFA geridə qalan 2013-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə aparılan səsvermənin yekun nəticəsinə əsasən dünyanın "ən güclüsü" bəlli olub. "Real"ın (Madrid) hücumçusu  Kriştiano Ronaldo rəqibləri Frank Riberi və Lionel Messinin geridə qoyaraq "Qızıl top"un sahibi olub.

Xatırladaq ki, bu mükafatı sonuncu dəfə L.Messi qazanmışdı.

Qeyd edək ki, Ronaldo 2013-ci ildə ümumilikdə 69 qol vurub. O, 2008-ci ildə də "Qızıl top"u qazanıb.

 





14.01.2014    çap et  çap et