525.Az

Qafar Cəbiyevə həsr olunmuş onlayn konfrans keçirildi - Fotolar


 

Qafar Cəbiyevə həsr olunmuş onlayn konfrans keçirildi - <b style="color:red">Fotolar</b>

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Qafar Cəbiyevin 70 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir.

Yubiley tədbirləri çərçivəsində avqustun 25-də "Zoom" proqramı vasitəsi ilə “Azərbaycan arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolu” mövzusunda konfrans təşkil olunub.

“Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Fariz Xəlillinin moderatorluğu ilə keçirilən konfransda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsinin səlahiyyətlərini icra edən Könül Cəfərova, Millət vəkili Tahir Kərimli, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev, Azərbaycan Texniki Universitetinin Tarix kafedrasının müdiri, professor Şikar Qasımov, Şamaxı Rayonu İcra hakimiyyəti İctimai-siyasi və humanitar  məsələlər şöbəsinin əməkdaşı Mehriban Eyyubova, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Həbibə Əliyeva və başqaları çıxış edərək görkəmli arxeoloqun Azərbaycan elminə verdiyi töhfələrdən danışıblar. Onun ölkəmizin arxeologiya elminin inkişafı, orta əsrlər mərhələsi, şəhər mədəniyyəti, Qafqaz Albaniyası, Girdiman vilayətinin tarixi dövrünə aid apardığı araşdırmalardan söz açıblar.

Çıxış edənlər Qafar Cəbiyevə təbriklərini çatdıraraq, gələcək fəaliyyətində də uğurlar arzu ediblər.

 





25.08.2020    çap et  çap et