525.Az

Moskva rəhbərliyi “Pokrov” bazarının açılmayacağını bildirib


 

Moskva rəhbərliyi “Pokrov” bazarının açılmayacağını bildirib<b style="color:red"></b>

Moskva şəhər Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk Qərbi Biryulevo rayonundakı Pokrov meyvə-tərəvəz bazasının fəaliyyətinin bərpa olunduğu haqda xəbəri təkzib edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, A. Nemeryuk bazanın bağlı olaraq qaldığını söyləyib. O, şəhər hökumətinin bazanı satın alıb-almayacağı haqda sualı belə cavablandırıb: “Yox, biz ondan başqa cür istifadə edəcəyik”.
 
Pokrov bazasının fəxri prezidenti Maqomed Tolboyev də bazanın açılacağı haqda hər hansı informasiyaya malik olmadığını bildirib.
 

 





14.01.2014    çap et  çap et