525.Az

Azərbaycanda hüquqi dövlət quruculuğu davamlı yüksəliş mərhələsində


 

Azərbaycanda hüquqi dövlət quruculuğu davamlı yüksəliş mərhələsində<b style="color:red"></b>

Müstəqillik əldə etdikdən sonra Azərbaycan özünə demokratik prinsiplərə əsaslanan inkişaf strategiyası yolunu seçdi. Xüsusilə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu siyasi xətti əsas götürərək sözügedən istiqamətdə mühüm tədbirlər həyata keçirdi. Hazırda isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heç şübhə yoxdur ki, demokratiya vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin siyasi-hüquqi strukturu, habelə ictimai münasibətlər sistemi ümumxalq iradəsi əsasında müəyyənləşən, beynəlxalq hüquq normaları ilə uzlaşan fundamental təməl prinsiplərinə söykənir. Hüquqi dövlətin mahiyyəti isə cəmiyyətin əsas qanunu, bazisi qismində çıxış edən konstitusiyanın ümumbəşəri demokratik dəyərlərə dərəcədə uyğun olub-olmaması ilə şərtlənir. Zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı da dövlətçiliyin mühüm atributu olan Konstitusiyasını 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul etmiş, hüquqi dövlət vətəndaş cəmiyyəti quruculuğunu, eləcə insan hüquq azadlıqlarının prioritetliyini özü üçün tam yəqinləşdirib.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası nəinki ölkənin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyini ifadə edən Əsas Qanun olmaqla, cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləyir, vətəndaş cəmiyyətinin formalaşmasının inkişafının hüquqi təminatçısı qismində çıxış edir. Konstitusiyanın yüksək məziyyətləri insan vətəndaş hüquqlarının kifayət qədər aydın sadə şəkildə təsbit olunması bunun dövlətin ali məqsədi elan edilməsidir. İnsan hüquqlarına belə həssas münasibət inkişaf etmiş bir sıra dövlətlərin konstitusiyalarında bu dərəcədə aydın, dəqiq genişliyi ilə göstərilməyib.

Konstitusiyada əksini tapmış mühüm müddəalarından biri xalqın hüquq mənafeləri ilə bağlı bütün məsələlərin referendum yolu ilə həllinin nəzərdə tutulmasıdır. Konkret olaraq 3- maddədə göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ona dəyişikliklər edilməsi, habelə Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi məsələləri yalnız ümumxalq referendumu yolu ilə həll oluna bilər. Yəni, Konstitusiyanın ümumxalq referendumu ilə qəbul olunması sabitliyi onun daimi dəyişməzliyi kimi tövsif olunmur.

Konstitusiya qəbul olunduğu andan onun tənzimləmə predmetini təşkil edən ictimai münasibətlərin inkişafı, sosial, iqtisadi siyasi şəraitin xarakterində pozitiv dəyişikliklərin baş verməsi Əsas Qanuna müvafiq dəyişiklik əlavələri zərurətə çevirir.

Əsas Qanunun qüvvəyə mindiyi 1995-ci ildən ötən 20 ilə yaxın müddətdə cəmiyyət həyatında fundamental dəyişikliklərin baş verməsi - Azərbaycanın iqtisadi, siyasi, hüquqi cəhətdən inanılmaz dərəcədə inkişaf etməsi, cəmiyyət həyatının bütün sferalarında tərəqqi intibahın aşkar duyulması, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu yönümündə əsaslı addımların atılması, respublikamızın insan hüquq azadlıqlarının daha etibarlı təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulması, Avraatlantik məkana inteqrasiya prosesinin sürətlənməsi <SPAN style="FONT-FAMILY: 'Arial','sans-serif'; FONT-SIZE: 1

 





14.01.2014    çap et  çap et