525.Az

İctimai Televiziyanın 15 yaşı tamam oldu


 

İctimai Televiziyanın 15 yaşı tamam oldu<b style="color:red"></b>

Avqustun 28-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İctimai Televiziya və İctimai Radio) fəaliyyətə başlamasının 15 ili tamam oldu.

Şirkət "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli fərmanına əsasən yaradılıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilib. İctimai Televiziyanın (İTV) verilişləri Azərbaycanın bütün ərazisində 24 saat ərzində Azərbaycan dilində aparılır.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımovdur.

O, bu vəzifəyə 2018-ci il iyunun 1-də seçilib.

"525-ci qəzet"in kollektivi adından İTV-nin rəhbərliyi və əməkdaşlarını yubiley münasibətilə təbrik edir, uğurlar arzulayırıq.

 





29.08.2020    çap et  çap et