525.Az

FİFA DÇ-2014-ün hakimlərini açıqladı


 

FİFA DÇ-2014-ün hakimlərini açıqladı<b style="color:red"></b>

FİFA bu il Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinin oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb. Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, görüşləri ümumilikdə 25 hakim idarə edəcək. Onların arasında Türkiyədən Cüneyt Çakır da var.

Asiya: Rövşən İrmatov (Özbəkistan), Yuiti Nisimura (Yaponiya), Benjamin Uilyams (Avstraliya), Abdulla Şükralla (Bəhreyn).

Afrika: Camel Aymudi (Əlcəzair, Bakari Papa Qassama (Qambiya), Numandyez Due (Kot-d’İvuar).

KONKAKAF: Xoel Antonio Aqilyar Çikas (Salvador), Mark Qeyqer (ABŞ), Marko Antonio Rodriqes Moreno (Meksika).

Cənubi Amerika: Enrike Osses (Çili), Nestor Pitana (Argentina), Vilmar Roldan (Kolumbiya), Karlos Vera (Ekvador), Sandro Meyra Rissi (Braziliya).

Okeaniya: Piter O’Liri (Yeni Zelandiya).

Avropa: Feliks Brix (Almaniya), Cüneyt Çakır (Türkiyə), Yunas Eriksson (İsveç), Byorn Kuypers (Hollandiya), Milorad Majiç (Serbiya), Pedru Proensa (Portuqaliya), Nikola Ritsoli (İtaliya), Karlos Velasko Karbalyo (İspaniya), Hovard Uebb (İngiltərə).

 





15.01.2014    çap et  çap et