525.Az

Qənirə Paşayeva Seyran Səxavət ilə görüşdü


 

Qənirə Paşayeva Seyran Səxavət ilə görüşdü<b style="color:red"></b>

Tanınmış yazıçı Seyran Səxavət Milli Məclisin Mədəniyyət komitəsində komitə sədri Qənirə Paşayeva ilə görüşüb. Görüş zamanı geniş fikir mübadiləsi aparılıb.

Yazıçı Seyran Səxavət özəlliklə ana dilimizin mətbuat və mediada istifadəsindəki ciddi problemlərlə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndirərək bu məsələlərin hamımızı ciddi narahat etməli olduğunu bildirib.

Komitə sədri Qənirə Paşayeva Azərbaycan Prezidentinin Dövlət dilimizin qorunması ilə bağlı fərmanını, Milli Məclisdə "Azərbaycan Respublikasında Dövlət dili" haqqında qanuna edilən əlavə və dəyişiklikləri xatırladaraq bildirib ki, doğrudan da mətbuat və mediada, reklam lövhələrində, şəhərdə yerləşən müəyyən obyektlərin üzərində dövlət dilimizə olan münasibət hamımızı ciddi narahat edir: "Biz dövlət dilimizin qorunması ilə bağlı üzərinə məsuliyyət düşən qurumları bu məsələdə fəal olmağa çağırırıq". Komitə sədri Qənirə Paşayeva dilimizi qorumaq üçün hamımızın əlimizdən gələni etməli olduğumuzu bildirib və yazıçı Seyran Səxavətə müvafiq qurumlar qarşısında problemlə bağlı təkrar məsələ qaldıracağını deyib.

Seyran Səxavət öz kitablarından bir neçəsini Qənirə Paşayevaya hədiyyə edib.

 





01.09.2020    çap et  çap et