525.Az

İstanbulda 3 mərtəbəli bina çökdü, yaralılar var


 

İstanbulda 3 mərtəbəli bina çökdü, yaralılar var<b style="color:red"></b> İstanbulun Fateh rayonunda 3 mərtəbəli köhnə binanın bir hissəsi dağılıb.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, hadisə yerinə xilasedicilər, tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunublar.

İlkin məlumata görə, binanın çökməsi nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Dağıntılar altında qalanların olduğu iddia edilir.

Köhnə binada suriyalı qaçqınların məskunlaşdığı bildirilir.
 





16.01.2014    çap et  çap et