525.Az

Bakının mərkəzində Bülbülə büst qoyulacaq


 

Bakının mərkəzində Bülbülə büst qoyulacaq<b style="color:red"></b>

Azərbaycanın dahi müğənnisi Bülbülə - Murtuza Məmmədova Bakının mərkəzində büst qoyulacaq.

Milli.Az-ın məlumatına görə, müğənniyə büst adını daşıyan prospektlə Nizami küçələrinin kəsişməsində ucaldılacaq.

Hazırda həmin ərazidə büstün qoyulmasına hazırlıq işləri gedir.

Səbail Rayon İcra Hakimiyyətindən Milli.Az-a bildirildi ki, büst Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qoyulur. Hazırda büstün qoyulması üçün işlər aparılır.

Mədəniyyət və Turizm Nazirliyindən Milli.Az-a büst barədə ətraflı açıqlama verilməsə də, açılış mərasiminə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğunun gələcəyi bildirildi.

Qeyd edək ki, Bülbül 1897-ci ildə Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə anadan olub. Səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb.

Bülbül 1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının solisti olub. O, 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülüb, 1940-cı ildə professor seçilib, 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olub. Azərbaycan SSRİ Ali Sovetinin deputatı olub, SSRİ - nin 2 dəfə Lenin Ordeninə, 2 Qırmızı Əmək Bayrağı ordeninə, "Şərəf nişanı" ordeninə, İtaliyanın Qaribaldi ordeninə və medallara layiq görülüb. O, 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat edib.

 





16.10.2012    çap et  çap et