525.Az

Mahir Emreli antirekordla Azərbaycan millisinin tarixinə düşdü


 

Mahir Emreli antirekordla Azərbaycan millisinin tarixinə düşdü<b style="color:red"></b>

Mahir Emreli Azərbaycan millisinin tarixində antirekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı hücumçu yığmanın tarixində ən erkən qırmızı vərəqənin müəllifi olub.

O, Millətlər Liqasının I turunun Lüksemburqla ev oyununun 26-cı dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulub.

Mahir əvvəlki antirekordu 1 dəqiqə yeniləyib. Ondan öncə ən erkən qırmızı vərəqəni iki futbolçu alıb. Aslan Kərimov Portuqaliya ilə 2007-ci, Saşa Yunisoğlu Avstriya ilə 2011-ci ildəki görüşlərin 27-ci dəqiqəsində meydandan kənarlaşdırıb.

Düzdür, iki futbolçumuz meydanda daha az olub qırmızı vərəqə alıb. Lakin Rasim Abışov və Branimir Subaşiç komanda yoldaşlarını əvəzləyəndən az sonra qırmızı vərəqə görüb.

 





05.09.2020    çap et  çap et