525.Az

Millimizin FİFA reytinqində mövqeyi dəyişmədi


 

Millimizin FİFA reytinqində mövqeyi dəyişmədi<b style="color:red"></b>

FİFA milli komandaların 2014-cü il üçün ilk reytinq cədvəlini açıqlayıb.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisinin mövqeyində dəyişiklik baş verməyib.

Berti Foqtsun komandası 363 xala 94-cü pillədə qərarlaşıb. Qonşu Türkiyə yığması iki pillə geriləyərək siyahıda 45-ci olub. Rusiya millisinin də mövqeyində heç bir dəyişiklik baş verməyib. Fabio Kapellonun komandası 870 xalla 22-ci pillədəki mövqeyini qoruyub.

Siyahıya isə əvvəlkitək İspaniya millisi başçılıq edir. Son dünya və Avropa çempionları 1507 xalla bütün rəqiblərini qabaqlayıb. Almaniya ikinci, Argentina isə üçüncü olub

 





16.01.2014    çap et  çap et