525.Az

Hava nəqliyyatında uçuşlar bahalaşıb


 

Hava nəqliyyatında uçuşlar bahalaşıb<b style="color:red"></b>

Azərbaycanda aviayanacağın bahalaşması ilə əlaqədar «Azərbaycan Hava Yollar» QSC (AZAL) uçuşlarının rentabelliyini qorumaq məqsədilə mövcud tariflərə toxunmadan, uçuş məsafəsindən asılı olaraq yanacaq rüsumunun bir qədər artırıb.

Bu barədə «APA-Economics»ə məlumat verən AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, iki saatdan az davam edən uçuşlarda «ekonom» sinif üçün yanacaq yığımı 12 avro, «biznes» sinfi üçün isə 18 avro artırılıb. Digər məsafəli uçuşlarda isə yanacaq yığımı müvafiq olaraq 18 və 27 avro artırılıb.
 
«Sərnişinlər bilet alarkən, bir qədər artıq yanacaq rüsumu ödəməli olacaqlar. Bu, bütün dünyada praktikasında belədir. Elə aviaşirkət var ki, bu artım 100 avro təşkil edir», - deyə M.Səfərli əlavə edib.
 
M.Səfərli qeyd edib ki, yanacağın qiymətinin artması Azərbaycanda yanacaq dolduran xarici aviaşirkətlərin reyslərinə də biletlərin qiymətinə təsir göstərəcək.
 
Xatırladaq ki, yanacağın bahalaşması ilə bağlı qərar Tarif Şurası tərəfindən 2013-cü il dekabrın 2-də qəbul olunub.

 

 





16.01.2014    çap et  çap et