525.Az

Xalça Muzeyinin təcrübə proqramı davam edir


 

Xalça Muzeyinin təcrübə proqramı davam edir<b style="color:red"></b>

Azərbaycan Milli Xalça Muzeyi gənc kadrların işə cəlb olunması, onların ixtisasının artırılması və yaradıcı istedadına təkan verilməsi məqsədilə təcrübə proqramını davam etdirir.

Muzeydən bildirilib ki, muzey fəaliyyətini bərpa etdiyi qısa müddət ərzində burada təcrübə keçmək istəyən gənclərin sayı artıb.

Təcrübə proqramında iştirak etmək istəyən hər kəs müraciət edə bilər.

Qeyd edək ki, 3 aylıq təcrübə müddəti başa çatdıqdan sonra, iştirakçılar sertifikatlarla təltif olunacaqlar.

 





10.09.2020    çap et  çap et