525.Az

"Çölçü" filmi İtaliyada mükafata layiq görülüb


 

"Çölçü" filmi İtaliyada mükafata layiq görülüb<b style="color:red"></b>

Azərbaycanlı rejissor Şamil Əliyevin "Çölçü" filmi daha bir uğura imza atıb.

MIRABILIA INTERNATIONAL FILM AWARDS 2020 (İtaliya) beynəlxalq kinofestivalının münsiflər heyəti "Çölçü"nü "Ən yaxşı bədii film" mükafatına layiq görüb.

COVİD-19 pandemiyası ilə əlaqədar olaraq müsabiqənin nəticələri onlayn rejimdə elan edilib.

Film Mədəniyyət Nazirliyinin sifarişi ilə 2012-ci ildə "Azərbaycanfilm" kinostudiyasında çəkilib. Film artıq 85 beynəlxalq kinofestivallarda iştirak edib və 45-dən çox mükafata layiq görülüb.

 





10.09.2020    çap et  çap et