525.Az

Bakıda yol qəzaları ən çox hansı küçələrdə baş verir?


 

Bakıda yol qəzaları ən çox hansı küçələrdə baş verir?<b style="color:red"></b> Bakıda yol qəzalarının daha çox baş verdiyi küçə və prospektlərin adları açıqlanıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu ilin yanvar-sentyabr aylarında Heydər Əliyev prospektində 36 hadisə (14 ölüm, 34 xəsarət), Nobel prospektində 28 (8 ölüm, 33 xəsarət), Ziya Bünyadov prospektində 25 (4 ölüm, 24 xəsarət), Zığ yolunda 23 (9 ölüm, 23 xəsarət), Mərdəkan yolunda 20 (12 ölüm, 24 xəsarət), Babək prospektində 18 (8 ölüm, 14 xəsarət), Azadlıq prospektində 16 (4 ölüm, 18 xəsarət), Qara Qarayev prospektində 12 (4 ölüm, 13 xəsarət), Aeroport şosesində 9 (2 hadisə, 9 xəsarət) yol nəqliyyat hadisəsi olub.
 





16.10.2012    çap et  çap et