525.Az

Tanınmış yazıçının "Vicdan" adlı yeni əsəri çapdan çıxıb


 

Tanınmış yazıçının "Vicdan" adlı yeni əsəri çapdan çıxıb<b style="color:red"></b>

Tanınmış yazıçı və ictimai xadim Asif Bəkirlinin "Vicdan" əsəri çapdan çıxıb. Bu, onun "Düşündüklərim... Qənaətlərim... Praktikadan nəzəriyyəyə" kitabından sonra ərsəyə gətirdiyi növbəti maraqlı əsərdir.

Kitab ümumilikdə iki əsas hissədən ibarət olmaqla, birinci hissəsi aprel 2016-cı ildən aprel 2020-ci ilədək olan dövr ərzində əsasən müəllifin sosial şəbəkələrdə paylaşdığı baxış və düşüncələrindən, ikincisi isə 2003-cü ildə işıq üzü görmüş "Haqq səsiyəm" kitabında çap edilmiş bəzi şeirlərdən ibarətdir. Hər iki hissənin əvvəlində tanınmış, dəyərli ziyalıların fikirləri öz əksini tapıb.

Qeyd edək ki, Asif Bəkirli 1964-cü ildə Göyçay rayonunda neftçi ailəsində anadan olub. SOCAR-ın Baş ofisində İnsan Resursları Departametinin rəisidir. "Haqq səsiyəm" (şeirlər), "Beynəlxalq İdaretmə Standartları", "Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi", "Beynəlxalq idarəetmə sistemlərinin inteqrasiyası və auditi", "İnsan Resuslarının idarə edilməsi: nəzəriyyədən praktikaya", "Düşündüklərim... Qənaətlərim... Praktikadan Nəzəriyyə" adlı kitablarının müəllifidir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professorudur. Rusiya Federasiyası Yazıçılar İttifaqının Moskva şəhər təşkilatının A.S.Puşkin adına "Sözə və əmələ sədaqət" medalı ilə təltif olunub. Azərbaycan Mətbuat Şurasının və Azərbaycan KİVİHİ RH-nin diplom və mükafatları, "Qızıl qələm" media mükafatı, eləcə də "XXI əsrin tanınmış ziyalısı" beynəlxalq diplomu və neft və qaz sənayesinin inkişafındakı xüsusi xidmətlərinə görə "Fəxri Fərman" ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 sentyabr tarixli və 19 sentyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycan neftçilərinin peşə bayramı və "Əsrin müqaviləsi"nin 20 illiyi münasibətilə ölkənin neft sənayesinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı və "Əməkdar mühəndis" fəxri adı ilə təltif edilib.

EURASİA DİARY

 





11.09.2020    çap et  çap et