525.Az

"Virtual kitab sərgisi"ndə Xəlil Rza Ulutürkün əsərləri təqdim edilib


 

"Virtual kitab sərgisi"ndə Xəlil Rza Ulutürkün əsərləri təqdim edilib<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi respublikamızda yaranmış mövcud vəziyyətlə bağlı oxucularla ünsiyyəti internet üzərindən davam etdirir.

İdarədən bildirilib ki, kitabxana oxuculara "Virtual kitab sərgisi" layihəsi çərçivəsində milli və dünya ədəbi irsinə dəyərli töhfələr vermiş simalara həsr olunan videoçarxlar hazırlayır.

Təqdim edilən yeni virtual kitab sərgisi Xalq şairi, ədəbiyyatşünas alim Xəlil Rza Ulutürkə həsr edilib.

Layihənin əsas məqsədi oxucularda mütaliəyə marağı artırmaq, karantin günlərində oxucuların asudə vaxtının mənalı təşkili, dünyagörüşlərinin artırılması üçün ən gözəl vasitə olan kitabları tanımaq və tanıtmaqdır.

 





11.09.2020    çap et  çap et