525.Az

"Cənnətdən yuxarı"da nələr var...


 

"Cənnətdən yuxarı"da nələr var...   <b style="color:red"></b>

Gözəldir!-dedim kitabdakı "İntihar" hekayəsini oxuyandan sonra gənc həmkarım Təranə Vahidə bu məktubu yazmağa başladım. Bəlkə bu son illər mətbuatda, radio televiziyarda hər gün milyonlarla insanın əsəbini səbrini tarıma çəkən hadisələrin xəbər adı ilə çox zəif səriştəsiz qiyafədə auditoriya təqdimatından yorulub bezdiyimdən irəli gəlirdi. Çünki o hekayəni oxumağa sərf etdiyim 2-3 dəqiqə ərzində mən qoltuğunda bir topa ip nənəsigilə yollanan oğlan kimiydim düşünürdüm ki, bu qız da həyatın ilk sınağına dözə bilməyib təslim olmağa qərar verən gəncin o evin çardağındakı qətranlı tirdən asılmış kəndirdə  yellənən cəsədini təsvir tərənnüm edəcəksə, heç ...deməli, bu dünyanın bizi gələcəyə, həyata  bağlayan bütün ümid  bağları qopub... Əgər, müəllif öz qətlinə fərman verən o cavan oğlanın qarşısına balıqçı Həşimin qızını çıxarmasaydı o qonur gözlü qız bütün ədəb-ərkan, mentalitet, müsəlmançılıq, kənd psixologiyası anlayışlarını cəsarətlə sındırıb: "Səndən elə xoşum gəlir ki...balıq yemək istəsən, utanma, nənəmgilə gəl"- sehri ilə bir insanı inadından döndərməyi bacarmasaydı, bu kitabı da kitabxanamdakı  sayı-hesabı bilinməyən kitabların cərgəsinə qoyub  unudacaqdım! Ancaq yaxşı ki, belə olmadı yaxşı ki, Təranə Vahid hekayəsini işıqlı bir sonluqla tamamlaya bildi: "Kəndiri kənara atdı, kətilə bir təpik ilişdirdi, yuxarıdakı tirə tərs-tərs baxıb çilli qızın nənəsigilə yollandı..." Vəssalam, həyat bütün çətinliklərə rəğmən davam edir, deməli, yaşamağa yenidən sevməyə dəyər!

Sonra kitabın arxasında yazılan tanışlıq təqdimatını oxudum:

"Təranə Vahid qızı Məmmədova, 1971-ci ildə Laçın rayonunun Mişni kəndində doğulub, 1996- ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1990- ildən ədəbi dərgilərdə hekayə esselərlə çıxış etməyə  başlayıb".

sonra kitabı vərəqlədim, gənc yazıçının AYB "525-ci qəzet"in birgə layihəsi çərçivəsində "Mütərcim" nəşriyyatında çap olunmuş "Cənnətdən yuxarı" kitabındakı hekayələri elə ilk dəfə oxuduğum hekayədən aldığım ləzzət duyğusu ilə oxumağa başladım.

Təbii ki, hekayə bədii janrlar arasında ən çətini ən mürəkkəbidir. Az-az nasir tapılar ki, bu janrda ustalığını bu janra sədaqətini yaradıcılığının sonunadək qoruyub saxlaya bilsin, fikrini daha yığcam lakonik ifadə etsin, roman, povest..trilogiya s. yazmağa meyl göstərməsin. Deyirlər bütün müqayisələr qüsurludur mən bu məqamda bizim gənc yazarımıza Rabindranat Taqor uğuru, Taqor populyarlığı arzulamaqla bu dahi insanın söz ustasının kiçik miniatürlərini xatırladım düşündüm ki, yaxşı ədəbi aləmdə hələ hekayə janrına maraq göstərən gənclər var onlara dəstək olmağın vacibliyini duyan sənət sərrafları da yetərincədir.

Bu kitaba ön söz yazan hörmətli dramaturqumuz Əli Əmirlinin yazısını oxuyandan sonra əvvəlki cümləmi dəyişmək istəsəm sonradan bu fikirdən vaz keçdim. Deməli, ədəbiyyata məhz iri həcmli əsərlərlə gələn Təranə günlərin bir günü bu kiçik, amma insanın içini titrədən hekayələr yazmağa başlayır məncə, bu onun yaradıcılıq həyatının, hələlik, ən düzgün qərarı sayıla bilər. Çünki hər kəsin başı əlindəki, evindəki, yerindəki telefon, kompüter ekranlarına qarışdığı bir dövrdə çətin ki, iri həcmli roman oxumaq həvəsində olan tapıla. Yəni bu  etiraf qədər ağır olsa da, reallığın lap yekəsidir.

Qayıdaq yenə Təranənin yaradıcılıq dünyasına, kiçik həcmli gözəl hekayələrinə.Çox xoşuma gələn bir məqamı da mütləq qeyd etməliyəm. Gənc yazıçı hekayələrinin böyük əksəriyyətində oxucusuna qəribə epiqraflar  ünvanlayır. bu bir cümlə onunla virtual əlaqənin astanasında dayanan insanlar-oxucular arasında bir səmimiyyət ünsiyyət qapısı rolunu oynayır sən rahatca bu qapıdan içəri girib, özünü,  öz hiss duyğularını, arzu istəklərini axtarmağa başlayırsan. Məsələn: "Quş dili" hekayəsində olduğu kimi : "Külək Yer üzünə sürgün olunmuş insanlar haqqında qəmli nəğmə oxuyurdu..." Bax, budur o qapının şifrəsi, açarı bundan o yana başlayacaq gerçək həyatların bədii inikası barədə  yaradıcı bir  təxəyyüldən süzülüb gələn bəyaz ay işığında harasa tələsən insan fikirlərindən yerdə qalan, ətrafı öz zərif zəif işartısına bələyən zərrəciklər...may böcəklərinin, işıldaquşların işığı kimi ümid inam dolu... mənim üçün bədii ədəbiyyatın heyrət doğuracaq bir məqamı hakimdir bu yazılara; novellavari sonluq. Yəni oxucu bəlkə hekayələrin ilə yekunlaşacağını öz aləmində dəqiqləşdirdiyi an səhifəni çevirir iki-üç cümlədən sonra hekayənin tamamlandığını, özü onun düşündüyündən fərqli bir nəticə ilə bitdiyini görür.

"Vağzaldakı adam" hekayəsinin epiqrafını oxumağa başlayanda müəllifin kitabının  üz qabığındakı yazıdan əvvəl boy verən şəkli gözlərim önünə gəldi düşündüm ki, bu yurd-yuvasından didərgin düşən, hər gecə ancaq doğma evlərini yuxuda görsün deyə yatmağa məcbur olan bir insanın taleyi, yaşantıları ilə tanış olacam. Hər halda o epiqraf bunu vəd edirdi: "O, hər gün evdən çıxıb Vətənini axtarmağa gedirdi". Oxudum Təranənin əlini sıxıb gözlərinin içinə baxıb da o Qarının o Əlil kişinin gümanını qırmadığı üçün təşəkkür etmək istədim:

"O gündən əlil hər dəfə qarını görəndə içində ümid göyərirdi. İnanırdı ki, bir gün qarının gözlədiyi Ağdam qatarı gəlib çıxacaq, onlar birlikdə qatara minib biri Qarabağa da itirdiyi ömrünü, o biri orada basdırdığı  ayaqlarını axtarmağa gedəcək. Əlil əmin idi ki, ayaqlarını tapan kimi... başını da o torpaqda basdırıb diriləcək..." Əlavə şərhə ehtiyac varmı, məncə, yox!

"Cənnətdən yuxarı"da dayanan bircə Tanrı var! Tanrının seçdikləri insanlar var! Söz var! Ulu Yaradanın bu Sözü yerdəkilərin bir çoxundan fərqli demək bacarığı xoşbəxtliyi verdiyi insanlar var! Təranə Vahidi mən bu seçilmiş söz sahiblərindən biri sayıram. Çünki onun Bəsirət gözü açıqdır o görür ki: "Yağışın damcılarından tuta-tuta yuxarı qalxdı. Dırmaşıb buludların üstündə oturdu. Oradan yuxarı boylandı. Göylərin təmizliyi onu qorxutdu. Damcılardan yapışa-yapışa Yerə- Günahların içinə qayıtdı..."-demək o qədər kolay məsələ deyil.

Bu yerlə göy arasında yaşamağın asan olmadığını bildiyi üçün Təranəyə billur damlalı gürşad bir yağış arzulayıram, onun kiçik hekayələrinin gülşəni heç vaxt quraq qalmasın deyə...

 





17.01.2014    çap et  çap et