525.Az

Sahibkarların I beynəlxalq onlayn forumu keçiriləcək


 

Sahibkarların I beynəlxalq onlayn forumu keçiriləcək <b style="color:red"></b>

Sentyabrın 22-23-də Azərbaycanda ilk dəfə olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə "Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020" keçiriləcək.

KOBİA-dan "525-ci qəzet"ə verilən xəbərə görə, onlayn forumun məqsədi koronavirus (COVİD-19) pandemiyası şəraitində və post-pandemiya dövründə sahibkarların motivasiya edilməsi və beynəlxalq təcrübənin öyrənilməsidir. Sahibkar düşüncə tərzinin təşviqi, xüsusilə gənclər və qadınlar arasında sahibkarlıq fəaliyyətinə marağı artırmaq, sosial sahibkarlıq sahəsində fəaliyyət göstərən və biznesə yeni başlayan gənclərin motivasiya edilməsi, mövcud sahibkarların pandemiya dövründə qarşılaşdıqları çətinliklərin müzakirə olunması forumun başlıca hədəfləri sırasındadır. Onlayn forum çərçivəsində mövcud pandemiya şəraitində fəaliyyətini davam etdirən sahibkarların uğur hekayələri paylaşılacaq, beynəlxalq spikerlər vasitəsilə xarici təcrübə öyrəniləcək. Onlayn foruma Türkiyə, Almaniya, Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Rusiya, Pakistan, İspaniya və sair kimi ölkələrdən iştirakçı və spiker qismində iş adamları qatılacaq.

 





13.09.2020    çap et  çap et