525.Az

"Uşaqlığın Jazz Rəngləri" rəsm müsabiqəsi elan edilib


 

"Uşaqlığın Jazz Rəngləri" rəsm müsabiqəsi elan edilib<b style="color:red"></b>

"Baku Jazz Festival 2020" uşaqlar üçün rəsm müsabiqəsi - "Uşaqlığın Jazz Rəngləri"ni elan edib.

Müsabiqədə 6 yaşından 14 yaşınadək uşaqlar iştirak edə bilərlər. Rəsm texnikası sərbəstdir.

Baku Jazz Festivalın Feysbuk səhifəsində daha çox layk olunmuş rəsmlər qalib gələcək və qaliblər xüsusi Jazz mükafatları ilə təltif olunacaqlar.

İştirak etmək istəyənlər rəsmlərin fotolarını və uşaq haqqında məlumatı oktyabrın 1-dək [email protected] ünvanına göndərə bilərlər.

 





13.09.2020    çap et  çap et