525.Az

Ermənistan Tovuzun Əlibəyli kəndini atəşə tutub


 

Ermənistan Tovuzun Əlibəyli kəndini atəşə tutub<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, sentyabrın 13-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

 

 





14.09.2020    çap et  çap et