525.Az

"Bu sevginin sonu ölüm hökmüdür..." - Xanım Aydından iki şeir


 

"Bu sevginin sonu ölüm hökmüdür..." - <b style="color:red">Xanım Aydından iki şeir </b>

BU GÜN HAVA MƏNƏ BƏNZƏYİR

 

Bu gün hava mənə bənzəyir,

Bir az çılğın, bir az tutqun,

Bir az susqun, bir az yorğun,

Gözləri mənim tək dolğun.


Bir
himə bənddir mənim tək

Axıtsın göz yaşın tək-tək.

Yazdan qalan ən son çiçək,

Qaranlıqda üşüyərək.

 

SEVİM

 

Bu sevginin sonu ölüm hökmüdür,

Qorxmuram, sevirəm, ölüm nədir ki?!

Onsuz da ayrılıq mənə ölümdür,

Sevgisiz yaşamaq nəyə gərəkdir?!

                  

Qoy bitirsin bu eşq, bu sevda məni,

Tikan olsun, mənsə ona gül olum.

Gecə-gündüz alovlanım məşəl tək

Sevim, sevim atəşində kül olum!

 

Həsrət çəkim, qəm çəkim, əzab çəkim,

Darıxım onunçun iztirab çəkim.

Dağları titrədən duman, ah çəkim

Təki sevim, öz sevgimə yar olum!

 

Tanrı məni çox ağır sınamasın!

Hər alır alsın sevgi almasın!

Boş ürəklə bərkə-boşa salmasın!

Qəlbimdə duyğumla bəxtiyar olum!

Təki sevim, öz sevgimə yar olum!

 





17.01.2014    çap et  çap et