525.Az

Azərbaycan Ukrayna üçün strateji tərəfdaş dövlətlər siyahısında


 

Azərbaycan Ukrayna üçün strateji tərəfdaş dövlətlər siyahısında<b style="color:red"></b>

Ukraynanın milli təhlükəsizlik üzrə yeni strategiyasında Azərbaycan strateji tərəfdaş dövlət siyahısına salınıb.

Ukrayna Prezidenti Vladimir Zelinski Ukrayna Milli Təhlükəsizlik və müdafiə şurasının 14 sentyabr 2020-ci il tarixli "Ukraynanın milli təhlükəsizliyinin strategiyası haqqında" qərarına dair əmr imzalayıb.

Əmrin müvafiq bəndində qeyd olunub ki, Ukrayna öz milli maraqlarını qorumaq və regional təhlükəsizliyi gücləndirmək üçün bir sıra ölkələrlə münasibətləri inkişaf edəcək. Əmrdə Azərbaycan Respublikası, Gürcüstan, Litva Respublikası, Polşa Respublikası, Türkiyə Respublikası ilə strateji tərəfdaşlıq, digər Baltik və Şimali Avropa ölkələri ilə tərəfdaşlıq, həmçinin Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri ilə yaxın qonşuluq münasibətləri, Belarus Respublikası və Moldova Respublikası ilə praqmatik əlaqələr, Qara dəniz hövzəsində təhlükəsizliyin təmin edilməsində NATO üzvü olan ölkələrlə praktik əməkdaşlıq nəzərdə tutulur.

 





15.09.2020    çap et  çap et