525.Az

MM-in payız sessiyasında bu qanun layihəsinin müzakirəyə çıxarılması təxirə salına bilər.


 

MM-in payız sessiyasında bu qanun layihəsinin müzakirəyə çıxarılması təxirə salına bilər.<b style="color:red"></b>

Milli Məclisin payız sessiyasında da “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması təxirə salına bilər.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.

R. Mahmudov deyib ki, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi hazır vəziyyətdədir: “Amma payızda yeni növ koronavirusun (COVİD-19) mövsümi qriplə birgə bizi ölkədə və dünyada nələrlə qarşı-qarşıya gətirəcəyi barədə indidən bir söz demək çətindir. İcra strukturlarının, eləcə də qanunverici orqan olan Milli Məclisin yaz sessiyasında konkret hansı reallıqlarla üzləşəcəyini indidən proqnozlaşdırmağın çətin olduğu nəzərə alınaraq, bu qanun layihəsinin payız sessiyasında müzakirəyə çıxarılıb-çıxarılmayacağı hələ bilinmir. Milli Məclisin Sədri Sahibə Qafarova və Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Türkiyədən səfərdən qayıdandan sonra bir daha müzakirə aparılacaq və bu qanun layihəsinin payız sessiyasının gündəliyinə salınıb-salınmayacağı barədə qərar veriləcək”.

 





15.09.2020    çap et  çap et