525.Az

Şərqşünaslıq İnstitutunun Elmi Şurası yeni nəşrləri müzakirə edib


 

Şərqşünaslıq İnstitutunun Elmi Şurası yeni nəşrləri müzakirə edib<b style="color:red"></b> AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. Sentyabrın 14-də baş tutan iclas karantin dövrünün tələblərinə uyğun təşkil edilib.

Elmi Şuranın iclasında institut əməkdaşlarının çapa təqdim edilən kitabları müzakirə edilib, eyni zamanda, bir sıra cari məsələlərə baxılıb.

Şərqşünaslıq İnstitutunun əməkdaşları karantin dövründə də səmərəli elmi fəaliyyətlərini davam etdirib, elmi plan işləri, məqalələri üzərində işləyib, bir neçə əməkdaş kitablarını çapa hazırlayıb. Belə kitablardan çapa hazırlanmış 4-ü Elmi Şurada müzakirə edilib. Bunlar institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Gülər Qafqazlının "Osmanlı hakimiyyəti dövründə Marağa və Soyuqbulaq bölgələri (XVIII əsrin 20-ci illəri)", Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi Yaxşıxanım Nəsirovanın "Osmanlı hakimiyyəti dövründə Urmiya və Xalxal bölgələri (XVIII əsrin 20-ci illəri)", Təhsil şöbəsinin müdiri Lalə Bayramovanın ""Əyyamü-l-arab" cahiliyyə dövrü ərəb ədəbiyyatının abidəsi kimi" və Mərkəzi Asiya şöbəsinin aparıcı elmi işçisi Rauf Qarayevin "Postsovet dövründə Mərkəzi Asiyada təhlükəsizlik problemləri" adlı monoqrafiyalardır.

Adları çəkilən kitablar Elmi Şura tərəfindən təqdir edilərək çap olunması məsləhət bilinib.
 





15.09.2020    çap et  çap et