525.Az

Azərbaycanı təmsil edən təşkilat "Assosiasiyalar Forumu"nda


 

Azərbaycanı təmsil edən təşkilat "Assosiasiyalar Forumu"nda<b style="color:red"></b> Parisin 15-ci rayonunda ənənəvi "Assosiasiyalar Forumu" adlı mədəniyyət tədbiri keçirilib. Fransada fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) Azərbaycanı forumda təmsil edib.

AZƏRTAC xəbər verir ki, ilin başlanğıcında ənənəvi olaraq "Assosiasiyalar Forumu" mədəniyyət tədbiri sentyabrın 12-də 15-ci rayonun meriyasının qarşısında təşkil olunub.

Tədbirdə Fransada fəaliyyət göstərən müxtəlif assosiasiyalar iştirak ediblər. Ziyarətçilərə assosiasiyalar haqqında məlumat verilərək, onların illik proqramları təqdim edilib.

ADFA-nın stendində Azərbaycan tarixi və mədəniyyətinə dair kitablar, mədəniyyətimizi əks etdirən milli əşyalar, geyimlər, eləcə də milli şirniyyatlarımız təqdim olunub.

ADFA-nın stendini ziyarət edənlərə assosiasiya, onun fəaliyyəti, eləcə də tariximiz və mədəniyyətimiz haqqında ətraflı məlumatlar verilib.

Stendləri ziyarət edən və assosiasiyaların fəaliyyəti ilə maraqlanan Paris 15-ci rayonunun meri Filip Qujon ADFA-nın stendində nümayiş olunan kitablarla maraqlanıb.

Merə Azərbaycan haqqında məlumat verilib, tarix və mədəniyyətimizə dair kitablar hədiyyə edilib.
 





15.09.2020    çap et  çap et