525.Az

"Musiqi kitabxanası" istifadəçilərin ixtiyarına verilib


 

"Musiqi kitabxanası" istifadəçilərin ixtiyarına verilib<b style="color:red"></b>

Milli Musiqi Günü ərəfəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası istifadəçilərə "Musiqi kitabxanası" adlı yeni layihəsini virtual rejimdə təqdim edib.

"Musiqi kitabxanası" adlı layihə "Musiqi ədəbiyyatı", "Notlar" və "Səsyazıları" bölmələrini əhatə edir.

"Musiqi ədəbiyyatı" və "Notlar" bölmələrində Milli Kitabxananın fondunda olan musiqi ədəbiyyatları əlifba sırası üzrə yerləşdirilib və bütün ədəbiyyatlar elektron resursları ilə istifadəçilərə təqdim olunur.

Azərbaycan, rus və digər dillərdə olan notlar da bölməyə daxil edilib. "Səsyazıları" bölməsində isə həm Azərbaycan bəstəkarlarına, həm də Azərbaycan xalq musiqisinə dair səsyazıları verilib. Azərbaycan xalq musiqisi yarımbölməsində Muğamlar, Zərb muğamları və şikəstələr, Azərbaycan xalq mahnıları, Qəhrəmanlıq təranələri, Azərbaycan xalq rəqs musiqisi və Aşıq musiqisi təqdim olunur.

Layihədə, həmçinin, Azərbaycanın görkəmli bəstəkarları haqqında məlumatlarda öz əksini tapıb.

 





15.09.2020    çap et  çap et