525.Az

Pekin Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycan da təmsil olunub


 

Pekin Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycan da təmsil olunub<b style="color:red"></b>

Dünyanın nüfuzlu musiqi təşkilatlarından olan Pekinin İfaçılıq Sənətləri Milli Mərkəzinin (NCPA - Beijing National Centre for Performing Arts) təşkilatçılığı ilə Beynəlxalq Mədəniyyət Forumu keçirilib.

Forumda dünyanın 40 ölkəsindən 120 mədəniyyət xadimi iştirak edib. Azərbaycanın Çindəki səfirliyi də foruma təşkilati dəstək verib.

Tədbiri Pekin şəhərinin meri Çen Jininq açaraq iştirakçılarını salamlayıb, sonra Çin Xalq Respublikasının Mədəniyyət naziri Janq Su, Pekin İfaçılıq Sənətləri Milli Mərkəzinin prezidenti Vanq Ninq və vitse-prezidenti Ju Yanq forum iştirakçılarına müraciət edərək onlara uğurlar diləyiblər.

Forumun rəsmi gündəliyinə əsasən 11 nəfərin çıxışı dinlənilib - Peter Gelb (Nyu-Yorkun Metropoliten Opera Teatrının direktoru), Aleks Bird (Londonun Kovent-Qarden Opera Teatrının direktoru), Valdemar Dabrovski (Varşava Milli Opera Teatrının direktoru), Əyyub Quliyev (Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru), Mariya Viktoriya Alkaraz (Buenos-Ayresin "Kolon" Opera Teatrının direktoru), Maqdi Saber (Qahirə Opera Teatrının direktoru), Mixael Xelfliger (İsveçrənin Lutsern Beynəlxalq Festivalının prezidenti), Matias Tarnopolski (ABŞ-ın Filadelfiya simfonik orkestrinin prezidenti), Marçelo Lopes (Braziliyanın San Paolo simfonik orkestrinin icraçı direktoru), Duqlas Qoltyer (Avstraliyanın "Adelaida Festival Mərkəzi"nin bədii rəhbəri) və Yu İn Taek (Seul Mədəniyyət Mərkəzinin prezidenti). Forumun moderatorları - İqnasio Qarsia Layta (Madridin Opera Teatrının direktoru) və Georq Virtaler (Almaniyanın Opera Teatrları Assosiasiyasının baş direktoru) olublar.

Azərbaycan Dövlət Opera Teatrının musiqi rəhbəri və baş dirijoru Əyyub Quliyev çıxışında teatrın ölkə və regionda musiqi mədəniyyətinin inkişafındakı rolundan bəhs edərək son illərdə reallaşdırılmış tamaşalar barədə geniş məlumat verib. Eyni zamanda, Əyyub Quliyev Azərbaycan Dövlət Opera Teatrının bu il qeyd edilməsi planlaşdırılan 100 illik yubileyi barədə forum iştirakçılarını məlumatlandırıb.
Türkiyə Qara dənizə ikinci qazma gəmisini göndərir

Türkiyə kəşfiyyat işlərinin aparılması məqsədilə ikinci qazma gəmisini Qara dənizə göndərəcək. Bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez "Twitter" hesabında yazıb.

"Hazırlıq işlərini davam etdirən "Kanuni" gəmimiz Qara dənizdə qazma işlərinə başlayacaq və "Fatih"in gücünə güc qatacaq", - nazir qeyd edib.

Xatırladaq ki, bu ilin iyul ayında "Fatih" qazma gəmisi Türkiyənin Qara dənizdəki "Tuna-1" sahəsində qazma işlərinə başlayıb. Sözügedən gəmi türk sahillərindən təxminən 100 dəniz milində 320 mlrd. kubmetr həcmində qiymətləndirilən təbii qaz yatağı kəşf edib.

 





15.09.2020    çap et  çap et