525.Az

KİV nümayəndələri “Bakubus”da


 

KİV nümayəndələri “Bakubus”da<b style="color:red"></b>

“BakuBus” MMC-nin istehsalat bazasına mediatur təşkil edilib.

“Report”un xəbər verir ki, mediatur zamanı ilk olaraq “Bakubus”un qarajına baş çəkilib.

KİV orada yaradılan şəraitlə tanış olub. Bildirilib ki, “Bakubus”ın qarajı 24 saat fəaliyyət göstərir. Avtobuslar buradan fəaliyyətə başlayır. İş saatı səhər saat 06:00-dan 00:00-a qədərdir. Sürücülər səhər saat 04:30-da qaraja gəlirlər. Burada yoxlanışdan keçdikdən sonra avtobusları mexanikdən təhvil alırlar.

Gün ərzində “BakuBus” avtobusları xəttə çıxmazdan əvvəl və qaraja qayıdarkən texniki baxışdan keçirilir. Əgər avtobuslarda hər hansı bir nasazlıq aşkar edilsə, nəqliyyat vasitəsi təmir mərkəzinə gətirilir.

Avtobuslar təmir mərkəzindən çıxdıqdan sonra yuma məntəqələrində yuyulur, həmçinin xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilir.

“BakuBus” MMC-nin Təmir şöbəsinin müdiri Vüqar Cəlilovun sözlərinə görə, istehsalçı zavodun tələbinə uyğun olaraq, hər 30 min km-dən bir avtobuslara ümumi texniki baxış keçirilir.

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə “Iveco” şirkətinə məxsus avtobusların sentyabrın 1-də və 15-də yanması məsələsinə toxunub. Onun sözlərinə görə, yanğın istehsal xətasından baş verdiyindən istehsalçı şirkətin rəsmiləri Bakıya dəvət edilib.

BNA rəsmisi onu da diqqətə çatdırıb ki, “BakuBus” MMC-nin deposunda avtobuslara texniki qulluq və təmir işlərində işləyən personal istehsalçı şirkət tərəfindən təlimlərə cəlb olunmuş və sertifikatlaşdırılmış şəxslərdir.

 





16.09.2020    çap et  çap et