525.Az

Yaponiyanın yeni baş naziri bilindi


 

Yaponiyanın yeni baş naziri bilindi <b style="color:red"></b>

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının yeni sədri Yosixide Suqa ölkənin baş naziri vəzifəsində təsdiq edilib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Onun namizədliyi parlamentin hökumət başçısı seçkilərində son söz sahibi olan aşağı palatasındakı deputatların əksəriyyəti tərəfindən dəstəklənib. Səsvermə qanunverici orqanın veb saytında canlı yayımlanıb.

Suqa yaxın saatlarda öz kabinetinin tərkibini elan etməlidir.

Qeyd edək ki, baş nazir Sindzo Abenin rəhbərlik etdiyi hökumət tam heyətdə istefaya gedib.

 





16.09.2020    çap et  çap et