525.Az

COVID-19 ilə bağlı ölkədəki mövcud vəziyyətə dair dinləmələr keçiriləcək


 

COVID-19 ilə bağlı ölkədəki mövcud vəziyyətə dair dinləmələr keçiriləcək<b style="color:red"></b>

Milli Məclisdə koronavirus (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər barədə dair dinləmə keçiriləcək.

Bu, Milli Məclisin Səhiyyə  komitəsinin 2020-ci ilin payız sessiyası üçün İş Planında əksini tapıb.

Səhiyyə komitəsi payız sessiyasında icbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsi və onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri ilə bağlı da dinləmələr təşkil edəcək.

İş Planı Səhiyyə komitəsinin sentyabrın 18-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

 

 





16.09.2020    çap et  çap et