525.Az

Səhiyyə komitəsi iki qanun layihəsi hazırlayacaq


 

Səhiyyə komitəsi iki qanun layihəsi hazırlayacaq<b style="color:red"></b>

Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyası müddətində  hazırlaması nəzərdə tutulan qanun layihələri məlum olub.

Bu, Milli Məclisin Səhiyyə  komitəsinin 2020-ci ilin payız sessiyası üçün İş Planında əksini tapıb.

Komitədə “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələrinin hazırlanması nəzərdə tutulub.

Komitədə Milli Məclisin payız sessiyasının müzakirəsinə çıxarılması nəzərdə tutulan məsələlər isə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələridir.

 İş Planı Səhiyyə komitəsinin sentyabrın 18-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

 

 





16.09.2020    çap et  çap et