525.Az

Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə videokonfrans keçirilib


 

Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə videokonfrans keçirilib<b style="color:red"></b>

Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı Səfirliyinin və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə videokonfrans keçirilib. 

Konfransda  Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral , səfirliyin əməkdaşları, millət vəkilləri, tarixçi alimlər, Nuru Paşanın Gəncədə olan zaman iqamətgah etdiyi evin sahibi, Nağı bəyin qardaşı  nəvəsi Arifə xanım Şeyxzamanlı, Kazım Karabekir Paşanın qızı Timsal xanım, millət vəkillərimiz,  qardaş Türkiyənin ehtiyatda olan generalları,  iki ölkənin QHT sədrləri, baş redaktorlar, jurnalistlər iştirak ediblər.







Konfrans  Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi  və  şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb, daha sonra Qafqaz İslam Ordusuna həsr olunmuş videorolik təqdim olunub.

Tədbirin moderatoru,  Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov konfrans haqqında qısa məlumat verib.





Türkiyənin Azəbaycandakı səfiri Erkan Özoral əsrlərdən gələn Türkiyə-Azərbaycan münasibətlərindən, iki qardaş ölkənin birgə inkişaf yolundan  söz açıb,  Azərbaycan və Türkiyənin birlikdə keçirdiyi hərbi təlimlərdən, hər iki ölkə prezidentlərinin 15 sentyabrla bağlı qarşılıqlı məktublarından danışıb.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək bildirib ki, Bakının işğaldan azad edilməsi tarixin ən böyük zəfərlərindən biridir, Qafqaz İslam Ordusunun qardaşlıq köməyi heç vaxt unudulmayacaq.




Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək deyib ki, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsilə qazanılan zəfər Azərbaycan tarixdində müstəsna rol oynayıb.

Kazım Karabəkir Paşanın qızı Timsal xanım atasının Naxçıvan, Qars və Təbrizdəki fəaliyyətindən bəhs edib, Türkiyə və Azərbaycanın bu gün də ətrafımızdakı atəş həlqəsinə qarşı eyni əzm və iradə ilə mübarizə aparmaqda qərarlı olduğunu vurğulayıb.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Azərbaycan və Türkiyənin hər zaman olduğu kimi bundan sonra da “iki dövlət, bir millət” şüarı ilə irəliləyəcəyini deyib.

Türkiyə Ehtiyatda Olan Zabitlər Birliyinin sədri, ehtiyatda olan general-leytenant Namıq Kəmal Çalışkan Türkiyənin ehtiyatda olan hərbçilərinin və qazilərinin Qarabağ uğrunda döyüşə hazır olduqlarını bəyan edib.




Ehtiyada olan terk generalı, 2011-2013-cü illərdə Türkiyənin Azərbaycandakı səfirliyinin hərbi attaşe vəzifəsində işləmiş Yusel Qarauz dövlətlərimizin əlaqələrinin qədim tarixə, mehriban dostluq münasibətlərinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Tarix elmləri doktoru Nəsiman Yaqublu Qafqaz İslam Ordusunun tarixi missiyasından bəhs edərək, Nuru Paşanın Bakı şəhərində  abidəsinin qoyulması təklifini  irəli sürüb.

Daha sonra Nuru Paşanın Gəncə şəhərində iqamətgah etdiyi evin sahibi, Nağı bəyin qardaşı nəvəsi Arifə xanım Şeyxzamanlı, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professoru, tarix elmləri doktoru, istefada olan polkovnik Mehman Süleymanov çıxış ediblər.











 

 





16.09.2020    çap et  çap et