525.Az

Koreyada tələbələr üçün proqram: azərbaycanlı gəncin yazısı birinci oldu


 

Koreyada tələbələr üçün proqram: <b style="color:red"> azərbaycanlı gəncin yazısı birinci oldu</b>

Koreya hökuməti tarix və mədəniyyətini xarici tələbələrə, ölkəyə gələn  turistlərə tanıtmaq baxımından  çox uğurlu  addımlar atır. Bunlardan biri də müxtəlif ölkələrdən qatılan 30-a yaxın xarici tələbələrin iştirak etdiyi “2020 GLOBAL Dokdo Reporter” adlı proqram olub.

Mənim də üzvü olduğum qrupumuz (qrupda İran, Misir və Hindistandan da bir tələbə yer alırdı) “Qlobal nəzəri baxımından Koreya yarımadasının birləşməsi” adlı kiçik məqalə hazırladı və bu məqalə 1-ci yeri tutdu. Cənubi  Koreya və Azərbaycan bir-birindən çox uzaqda yerləşsə də, tarixi və mədəniyyəti ilə oxşar cəhətləri çoxdur.  Buna misal olaraq Cənubi və Şimali Koreyanın bir zamanlar eyni ölkə olub sonradan bölünməsi ilə iki əsr bundan öncə Azərbaycanın tarixi torpaqlarının  Rusiya və İran arasında bölüşdürülməsini misal gətirmək olar. Azərbaycan tarixində, ədəbiyyatında və ictimai şüurunda  Gülüstan və Türkmənçay  müqaviləsi ilə bağlı yaranmış – “ikiyə bölünmüş xalq” məfhumu var . Məhz bu oxşarlığı n günümüz üçün aktual olduğunu nəzərə alaraq proqramda birinci yeri tutan məqaləni azərbaycanlı oxucularla da bölüşmək istərdim.

***

Cənubi  və Şimali Koreya illər öncə vahid  ölkə idi.  Bəs, bu vahid ölkənin adı nə idi?  Niyə, necə və nə vaxt parçalandı? Bu iki ölkə eyni dildə danışır?  Niyə birləşmək istəyir?” bunlar Cənubi Koreyada yaşayan əcnəbiləri hər zaman düşündürən suallardır.

Tətil vaxtı vətəninə qayıdan bir çox xaricinin isə tez-tez eşitdiyi sual bu olur ki, "Cənubi, yoxsa Şimali Koreyada oxuyursan?"  Bu zaman bəziləri iki ölkənin hazırkı durumunu izah etmək istəsə də, Cənubi və Şimali Koreya arasındakı  tarixi olaylar  barəsində yetərli məlumata sahib olmadıqları üçün   sual verən şəxsin sualına gülürlər. Ona görə ki  Cənubi Koreyada oxuyan tələləbələr bu iki ölkə  arasındakı əlaqəni yaxşı bilmirlər. Çünki bu iki kiçik ölkə çox da uzaq olmayan tarixdə dünyaya yaxşı tanış deyildilər.
1945-ci ildə torpaqları iki yerə bölünsə də, Cənubi Koreyada sülh naminə demokratik düşüncələr yayılmağa başlamışdı. İki fərqli ölkə olsalar da, Cənubi Koreyada demokratik fikirlər sayəsində Şimali  Koreya ilə qovuşmağı ümid edilirdi.

Ancaq unutmayaq ki, Hindistanda da demokratik hökumət yarandıqdan sonra onlar Pakistanla birləşmək istəmədi.  Rus-İran müharibəsində həlledici sonluq olan müqavilə isı Azərbaycanı parça-parça etdi. Müqaviləyə əsasən, Araz çayı sərhəd olmaqla Azərbaycan ərazisi şimal və cənub hissələrə bölündü.

Ölkə ikiyə bölündüyü üçün insanlar bir-birlərinin ailələrini və doğma şəhərlərini görə bilmədilər. Öz doğma elini və ailəsini itirən koreyalılar üçün  Koreya hökuməti  Şimali Koreya ilə bir çox barışıq səyləri etdi. Bu səylərdən sonra Şimali Koreya tədricən Cənubi Koreyaya açıq münasibət göstərdi və 21-ci əsrin əvvəllərində Koreyalılar Qımqanq dağını gəzə bildilər. Ayrıca Cənubi Koreyada Şimali Koreyada istehsal olunan mallar satdılar. Lakin bir neçə il sonra, Şimali Koreya əsgəri Qımqanq dağında bir turisti vurdu və bu da Cənubi Koreya ilə Şimali Koreya arasındakı bütün mübadiləni dayandırdı. Cənubi Koreyanın Şimali Koreya ilə münasibətləri davam etdirmək səyləri boşa çıxdı, lakin onları canlandırmaq səyləri davam edir. Bu kimi səylərdə Cənubi Koreyadakı xarici tələbələrin də böyük rolu var. Çünki onlar bir sülh elçisidir və müxtəlif ölkələrdə Cənubi Koreya həqiqətləri haqqında məlumat yaya biləcək  gələcək bir liderlərdir.

Ölkələrini Cənubi Koreyada təmsil edən bu tələbələr, vətənlərinin  tarix və mədəniyyətini həmion aktiv şəkildə tanıtmaqla bərabər  Koreyanı  da öz ölkələrində təbliğ edirlır. Bu, yalnız Cənubi və Şimali Koreyanın Sülh elçiləri vasitəsilə mübadilə olunan tarixini anlatmayacaq, həm də  Koreya yarımadasının tarixini öz ölkə tarixləri ilə müqayisə edərək Koreyaya daha yaxın hiss etməsində rol oynayacaq. Bu səylərlə Şimali Koreya Cənubi Koreyaya  açıq bir mövqe nümayiş etdirəcək. Tək koreyalılar deyil, xaricilərin də Qımqanq dağına səyahət edə biləcəyi gün gələcək. Koreya dalğası (Hallu) dünyada populyar olduğu kimi, Cənubi və  Şimali Koreyanın qardaş olduqları haqqında geniş məlumata sahib olan ölkələr Koreya yarımadasında sülhə və birləşməyə  ümid edəcəklər. Gün gələcək,  Koreyada təhsil alan xarici tələbələrdən  "Cənubi, yoxsa Şimali Koreyada oxuyursunuz?"  sualı verilməyəcək.

Əzizə HÜSEYNZADƏ
Cənubi Koreya Yonsei Universiteti, magistr pilləsi tələbəsi

 





16.09.2020    çap et  çap et