525.Az

141 nəfər koronavirusa yoluxdu: 151 nəfər sağalıb, 3 nəfər vəfat edib


 

141 nəfər koronavirusa yoluxdu: <b style="color:red"> 151 nəfər sağalıb, 3 nəfər vəfat edib</b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 38658 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36149 nəfər müalicə olunaraq sağalıb, 569 nəfər vəfat edib, aktiv xəstə sayı 1940 nəfərdir.

Ölkədə son sutka ərzində 7656, hazırkı dövrədək isə 1027685 test aparılıb.

 

 





16.09.2020    çap et  çap et