525.Az

“Bakıda sərnişin avtobusunun yanması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”


 

“Bakıda sərnişin avtobusunun yanması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”<b style="color:red"></b>

”Bu gün axşam saat 22:00 radələrində Bülbül prospekti 1-5 ünvanında 14 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bunu Bakı Nəqliyyat Agentliyinin  Mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-nın hadisə yerində olan əməkdaşına verdiyi açıqlamada bildirib.

BNA sözçüsü qeyd edib ki, avtobusda kiçik texniki nasazlıq yaranıb və mobil texniki xidmət qrupunun müdaxiləsi ilə nasazlıq qısa vaxtda aradan qaldırılıb.

Avtobus depoya yola salınıb.

 





16.09.2020    çap et  çap et