525.Az

Azərbaycan Yazarlar Klubu hərbçilərə kitab hədiyyə edib


 

Azərbaycan Yazarlar Klubu  hərbçilərə kitab hədiyyə edib<b style="color:red"></b>

Sentyabrın 16-da “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyi (AyAK) Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu – İdeoloji və Mədəniyyət  Mərkəzinin Kitabxanasına 150-yə qədər bədii kitab hədiyyə edib.

Tədbir “pandemiya dövründə məcburi köçkünlərə və hərbçilərə kitabların hədiyyəsi” layihəsi çərçivəsində həyata keçirilib. Kitabların arasında əsas yeri Azərbaycan Prezidenti İlham Əliyevdən bəhs edən “Qələmlə, silahla” toplusu tutur.

Hərbçilər istirahət saatlarında Xalq yazıçısı Anarın, Xalq şairləri Nəriman Həsənzadənin, Sabir Rüstəmxanlının, Fikrət Qocanın yeni kitablarını, eləcə də Elçin Hüseynbəylinin yenicə çapdan çıxmış “Vida” romanını mütaliə etmək imkanı qazanıblar.

Adıçəkilən kitabxananın müdiri, Əməkdar mədəniyyət işçisi, şairə Zəminə Xınalı çoxsaylı kitablar üçün “AyAK” rəhbərliyinə təşəkkür edib və bildirib ki, bu əsərlər ordu ilə yazarlar arasında bir körpüdür.
“Hərbçilərin mütaliəyə marağının artmasında, vətənə, torpağa, bayrağa olan sevginin daha da möhkəmlənməsində bu kitabların əhəmiyyəti böyükdür”, -deyə kitabxana müdiri qeyd edib.

Klubun sədri, yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli qeyd edib ki, layihə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında həyata keçirilir və adı çəkilən qurum artıq beşinci ildir ki, bu cür  layihələrə maliyyə dəstəyi verir.

 





17.09.2020    çap et  çap et