525.Az

“İrsimizin qorunması məsələsində hamını aktivliyə çağırıram”


 

“İrsimizin qorunması məsələsində hamını aktivliyə çağırıram”<b style="color:red"></b>

“İşğal olunmuş ərazilərdəki tarixi abidələrimizin bərpası məsələsinə böyük əhəmiyyət veririk”.

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.

O bildirib ki, UNESCO-da fəaliyyət göstərdiyi zaman da bizim tarixi abidələrimizin dağıdılması faktlarını hər zaman gündəliyə gətirib:

“Bu sahədə fəaliyyətimizi bundan sonra da davam etdirmək niyyətindəyik. Bunu təkcə XİN və Mədəniyyət Nazirliyindən gözləmək düzgün olmaz. İrsimizin qorunması məsələsində hamını aktivliyə çağırıram. Bu məsələdə səsimizi beynəlxalq səviyyədə dünyaya çatdıraq. UNESCO-da bunu dövlət qurumları olaraq təqdim etdiyimiz faktlar effekt versə də, vətəndaşlar, araşdırma mərkəzləri, sosial media vasitəsilə edilən müraciətlər daha güclü effekt verir. Bunu nəzərə almalıyıq. Bununla bağlı hansısa strateji yol xəritəsi barədə düşünməliyik”.

 





17.09.2020    çap et  çap et