525.Az

Gənclər Təşkilatları Milli Şurasının Məclisi keçirilib


 

Gənclər Təşkilatları Milli Şurasının Məclisi keçirilib<b style="color:red"></b>

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTM) üzvlərinin növbəti Məclisi keçirilib.

68 gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda həyata keçirilmiş Məclisə ARGTMŞ-nın sədri Məryəm Məcidova açıb.

Daha sonra Məclisin sədri Araz Əhmədov 2020-ci ili üçün ARGTMŞ-nın sonuncu məclisini rəsmi olaraq açıq elan edərək iştirakçıları məclisin Gündəliyi ilə tanış edib.

ARGTMŞ-nın Baş katibi Azər Əliyev 2020-ci ilin mart-sentyabr aylarını əhatə edən fəaliyyət hesabatını təqdim edərək bu müddət ərzində həyata keçirilmiş layihələr və tədbirlər haqqında təqdimat edib.
Məclisin davamında isə ARGTMŞ-nın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Sona Abdullayeva ARGTMŞ-nın son 6 aylıq maliyyə hesabatını təqdim edib.

Məclis Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin sədri Fərhad Abdulov, Böyük Yol Gənclər İctimai Birliyi sədri Qoşqar Qurbanov və  Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan İB (ESN) sədri Orduxan Qəhrəmanzadənin ARGTMŞ-ya tam hüquqlu üzv olmaq üçün müraciətlərinin dinlənilməsi ilə davam edib.

Sədrlərin çıxışlarından sonra onlayn səsvermə həyata keçirilərək, müvafiq təşkilatların üzvlüyə müraciəti səsçoxluğu ilə qəbul olunub.

ARGTMŞ-nın üzv təşkilatlarla iş üzrə katibi Fatimə Vəliyeva Resurs Mərkəzinin fəaliyyəti barədə danışaraq, üzv təşkilatların hansı qaydalar və şərtlər daxilində Mərkəzdə rezidentlik əldə etməsi və istifadəsi məsələlərinə toxunub.

Məclisin yekunu olaraq səsvermə keçirilib və ARGTMŞ-nın XVII Hesabat-Seçki Qurultayı bu il noyabrın 21-nə təyin edilib.

 





17.09.2020    çap et  çap et