525.Az

"Biz türklərik! Çadırımız göy qübbəsi" kitabının onlayn təqdimatı keçirilib


 

"Biz türklərik! Çadırımız göy qübbəsi" kitabının onlayn təqdimatı keçirilib<b style="color:red"></b>

Sentyabrın 15-də Azərbaycan Sahibkarlar Konfederasiyasının layihəsi əsasında işıq üzü görən "Biz türklərik! Çadırımız göy qübbəsi" adlı kitabın onlayn təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda Atatürk Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbiri nəşrin elmi redaktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov açaraq, Bakı Dövlət Universitetinin dosenti Nərman Qocatürkün İstanbulda türk dilində çap edilmiş bu kitabının türk xaqanlıq tarixinə həsr edildiyini bildirib. Diqqətə çatdırıb ki, kitab Azərbaycan Prezidenti İlham Əliyevin "Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir" və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Türk millətini hələ tanımayıblar! Biz bir ölər, min dirilərik. Bu, bizim xarakterimizdir" fikirləri ilə açılır.

Təqdimat mərasimində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev, Bakı Dövlət Universitetinin professoru Ələmdar Şahverdiyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibinin müavini Əli Yıldız, İstanbuldan tədbirə qoşulan Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Ələddin Böyükkaya, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatının Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akat, Türk Ticarət və Sənaye Palatasının, İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatasının Baş katibi Adem Kula, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, layihənin rəhbəri Məmməd Musayev, kitabın müəllifi Nərman Qocatürk, SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov çıxış ediblər.

Çıxışlarda kitabın təqdimatının əlamətdar bir gündə - Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümündə keçirildiyi vurğulanıb.

 





16.09.2020    çap et  çap et