525.Az

ABŞ Ali Məhkəməsinin ən yaşlı hakimi vəfat edib


 

ABŞ Ali Məhkəməsinin ən yaşlı hakimi vəfat edib<b style="color:red"></b>

ABŞ Ali Məhkəməsinin ən yaşlı hakimi Rud Bayder Ginzburq ötən gecə vəfat edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmə orqanının yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, 87 yaşlı hakim Vaşinqtondakı evində dünyasını dəyişib. Onun son bir neçə ildə xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Rud Bayder Ginzburq 27 ildən çox idi ki, Ali Məhkəmənin hakimi idi.

 





19.09.2020    çap et  çap et