525.Az

Azərbaycanlı heykəltəraş Atatürkün büstünü hazırlayıb


 

Azərbaycanlı heykəltəraş Atatürkün büstünü hazırlayıb<b style="color:red"></b>

Ukraynanın Xalq rəssamı, heykəltəraş soydaşımız Katib Məmmədov Osmanlı-türk paşası, siyasi xadim və dövlət xadimi Mustafa Kamal Atatürkün büstünü hazırlayıb.

Bu barədə AZƏRTAC-a K.Məmmədovun özü məlumat verib.

Azərbaycanın Ukraynadakı səfirliyi və heykəltəraşın birgə təşəbbüsü ilə hazırlanan büst tuncdandır. Büstün postamentlə birlikdə hündürlüyü 2 metrə yaxındır.

K.Məmmədov bildirib ki, büst noyabrın 10-da Atatürkün anım günündə Türkiyənin Ukraynadakı səfirliyinə hədiyyə ediləcək. Bu münasibətlə Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə təşkilatçılığı ilə tədbir keçiriləcək.

Qeyd edək ki, Atatürkün büstünün Türkiyənin Ukraynadakı səfirliyinin giriş hissəsinə qoyulacağı nəzərdə tutulur.

 





16.09.2020    çap et  çap et