525.Az

Köhnə tanışlar: Aydın Məmmədov-( 70)- 3


 

Köhnə tanışlar: Aydın Məmmədov-( 70)-<b style="color:red"> 3</b>

abdin41@mail.ru

tofigabdin.com


İllər
öncəsi trafik qəzasında faciəli vaxtsız dünyasını dəyişən görkəmli türkoloq Aydın Məmmədovun vaxtiylə işlədiyi binadan hər gün giririk keçib stolumuzda əyləşirik.İş başlayır demək.Bura Tərcümə Mərkəzidir həm burada XƏZƏR jurnalı da hazırlanır.İş öz ahəngi ilə davam edir,ötənlər yada düşür yavaş-yavaş xatirələr qımıldanır. Hərə öz bildiyindən danışır. Bu danışıqlar zamanı  həqiqətən rəhmətlik Aydın müəllim hər dəfə xatırlanır onun bir yerlisi var bu təşkilatda İlham Feyzullayev adında. Onun da yavaş-yavaş qırışığı açılır Aydın müəllimlə işlədiyi günləri  açıb çözələyir. Mən hər dəfə ona deyirəm ki : kişi bunları qızmaqara elə, ardını mən düzüb qoşaram.Bax neçə illərdi bu beləcə davam edir.Amma ay danışır ha Aydından. Danışmağa var ki... Danışmağa hamı pərgardır.Di gəl yaz e...Keç  kompüterin arxasına yaz ey...

      günlərin birində İlham rəhmətlik Aydın müəllimin bir yazısı haqqında danışdı onu da dedi ki, bu yazı ya çap olunmayıb, ya da  çox az məlumdur oxuculara.

     Bu gün həmin yazını üstəlik şair Ramiz Orsərin Aydın Məmmədovun xatirəsinə yazdığı şeiri çap edirik.

Aydın Məmmədov

ƏHDİ KƏSİLMİŞ ATLARI GÜLLƏLƏYİRLƏR,ELƏ DEYİLMİ?”

Elə hey yadıma bir Amerika filmi düşür.O filmin adı belədir: “Əhdi kəsilmiş atları güllələyirlər, elə deyilmi?”.

Görənlərin yaxşı yadındadır: bu filmdə müəyyən pul məbləgi, prizdən ötrü müxtəlif təbəqələrə məxsus, həyatda artıq bütün arzu ümidlərini itirmis, bəlkə gündəlik yeməyə belə imkanı olmayan adamlarqadınlar, yaşlılar, cavanlar səhərdən-axşama kimi dayanmadan rəqs edirlər. Get-gedə onların sıraları seyrəkləşir, gücsüzlər aradan cıxır, axıra təkcə bir cüt qalır: əhdi kəsilmiş bir cüt. filmin axırında belə bəlli olur ki, həmin elan olunmuş prizin özü müəyyən mənada illüziya imiş. Bu filmə mən dəfələrlə baxmışam bu film çoxdan nümayiş etdirilsə keçən uzun vaxt ərzində dəfələrlə onun üzərinə  qayıtmışam. Son vaxtlar isə o, demək olar ki, hər gün, hər səhər, hər axşam yadıma düşür. mənə belə gəlir ki, illüziyadan, xəyaldan başqa bir şey olmayan hansısa bir zaman uğrunda, hansısa bir uduş ugrunda səhərdən-axşama kimi rəqs edən o zavallılara bənzəyirik.

Bizə vəd olunub! Biz istəyirik! Bizə vəd olunan şeyin mahiyyətini, qiymətini, dəyərini özümüz ücün düzgünmü müəyyənləşdirmişik! yaxud dəli kimi hayqıra-hayqıra, qışqıra-qışqıra, bir-birimizi itələyə-itələyə, dümsükləyə-dümsükləyə gah yavaş, gah yorğa, gah da nəfəsi kəsilə-kəsilə, sürünə-sürünə işığına getmiş olduğumuz o arzu deyilən bir şeyin özü bizim ücün tam aydınlığı ilə bəllidirmi! Mahiyyətini bilirikmi! Bilirikmi ki, bu bizim doğrudan da həyatımız boyu  arzuladığımız, gözlədiyimiz o böyük arzudur, yoxsa bu da milyon-milyon arzularımız kimi bir yol dolanbacında, bir dalanda qismətimizə çıxandan sonra dişimizə vurub ayaqlarımızın altında tullayacağımız üstündən adlayıb keçəcəyimiz arzulardan biridir! Yüz minlərlə suallarımız var. bu sualları elə bil dünya bir dərd kimi, bir şər kimi, bir yağışı kimi atıb bizim üstümüzə. Biz bu Allahın bir insaflı bəndəsi yoxdur desin ki, ay İnsan, bu qədər sualları dağ anbarı yığmısan üst-üstə, bəs onların hansı birinin cavabını tapmısan! yaxud cavabını tapmağa iqtidarın, ağlın gücün var!

Dünyanın materialist dərginin təbliğində aldığımız dərslərimizi, inamlarımızı ümidlərimizi, günlərin bir günü yolun ortasında qoyduq, idealistə çevrilə bildik, materialist təlimindən uzaqlaşa bildik. Həmin yolun ortasında Allahsızlığımız da davam edir, yeni peyda olmuş münəccimlərin yüz min cadugərliyinə, qabiliyyətinə inamımız da. dünəndəki kimi dünənik, sabahdakına adlayıb keçə bilirik, yolumuzun ortasında daş kimi qıvrılıb qalmışıq, arxadan gələn itələyir, irəlidə gedən isə dabanı ilə vurub yenə fırladır bizi yolun ortasına. Beləcə quruyub qalırıq, qaldıqca da sualların qalağı artır, cavabını tapa bilmirik, başımıza döyüb Allahımızdan ümid istəyirik. Ulu Tanrı da deyəsən gücsüzlüyümüzü qüdrətsizliyimizi görüb bizim başımızın üstündəki göy nahiyyəsindən çıxıb gedib hansısa bir yerə ağıllı başları, səmimi ürəkləri, öz qiymətini bilənləri idarə eləmək, onların arzularını yerinə yetirmək üçün.

İçimizdəki bu tufanla, bu tuğyanla evimizdən çıxıb işə gəlir, işimizdə özümüzə  qərar tuta bilmirik. İşimizdən işin axırı başılovlu, dünyanın bütün dərdləri ilə, həmkarlarımızın ürəyimizə vurmuş olduğu xəncər yarası ilə, dil yarası ilə,intriqa yarası ilə mübahisəsi ilə, davası ilə içimiz-çölümüz dolu, belimiz bükülmüş halda qayıdırıq evimizə, evimizin qapısını açıb içəri keçirik, bir mənzilin qayğısı sual olub sualların dalına düzülür: “Paltar aldınmı! Çörək gətirdinmi! Bazara getdinmi! Həkimdən dərman tapdınmı! Rayona zəng elədinmi ilaxır. Bir təhər bu sualların hər birindən yaxa qurtarıb, birinə”, birinəyoxcavabı verib bir səbət, bir zənbil çualın əlindən əsəbiləşib, kəlləmizə vura-vura süfrəmizə qoyulan alayarımçıq, yarısoyuq-yarıisti çörəyimizi yeyib, yerimizə uzanıb dünyanın bütün yükü beynimizdə qəribə bir yuxuya gedirik. İlahi, yuxuda da hiss edirik ki, bu dünyada insan üçün ən böyük rahatlıq nemət olan yuxu kimi bir şeyin dadı qaçıb. Yuxumuz elə bil ki, narkoz altında yatan xəstənin uyumasıdır, özündən getməsidir. Bir insan yuxusu da yata bilmirik, İlahi. Bir insan yuxusu da gözlərimizi elə bil ki, qamarlayıb özünün ağuşuna ala bilmir. Beləcə özündən getmiş yarıbihuş halda qarmaqarışıq yuxularla sabah adlanan üzüntülü bir dünya qapısını açır, ayağa durur, tələm-tələsik yenə dünyanın mənzil boyu suallarını  çiynimizə alıb, qapımızdan çıxıb, şəhər adlı böyük bir dünyanın, qalmaqalın, qələbəliyin içindən keçib dünənki yerimizə, dünənki intriqaların, sözlərin, söhbətlərin yuvasına qayıdırıq. Başımız o qədər qatılır ki, içimiz o qədər göynəyir ki, burulğanlar o qədər bizi sağdan-sola, soldan-sağa, yuxarıdan-aşağı, aşağıdan-yuxarı fırlayır ki, bir an da, bir dəqiqə olsun düşünə bilmirik ki, eyvah, axı bu qədər gedən anlarımız, dəqiqələrimiz, saatlarımız üst-üstə yığılıb Allahın bizə vermiş olduğu qısaca bir ömrü təşkil edir. Axı bu ömür OLUMLA başlasa da, onun ÖLÜM adlı bir nöqtəsi var. bu qalmaqalla, bu qeylüqalla biz əslində hər gün, hər saat, hər dəqiqədə ölüm nöqtəsindən ölüm nöqtəsinə sarı yaxınlaşırıq. Ölümdən sonra isə hələlik bizim üçün bəlli heç yoxdur. Bəlli isə var, amma bildiyimiz odur ki, ölümdən o yana olacağı bizim üçün qapqaranlıqdır. Bizcə saniyələrlə, dəqiqələrlə, günlərlə, aylarla, illərlə əlüstü vidalaşa-vidalaşa, əhdi kəsilmiş atlar kimi sürünə-sürünə, qalxa-qalxa, yıxıla-yıxıla, dura-dura OLUM adlı çıxış nöqtəsindən ÖLÜM adlı  bir nöqtəyə hey yaxınlaşırıq. Amma bunu ağlımız dərk edir, ürəyimiz hiss edir. Bircə hansısa nöqtələrin birində nəfəsimiz kəsilib, əlimiz sancılı ürəyimizin üstünə qeyri-ixtiyari toxunanda canımızdan bir qorxu keçir: “ verəsən?”, “ verəsən?”, bir şair demişkən, verəsən, kəsib yolumuzu o bədheybət varlıq deyəcək: “Salamməleyküm, gəlmişəm, çatmışam, sən artıq mənzil başındasan”.



DİRİLİK
NƏĞMƏSİ

(Aydın Məmmədov üçün)

Bütöv Azərbaycan boyda

bir sevgi gəzdirirdi

bir yumruq ürəyində,

Adı kimi aydın idi

əməli , diləyi .

Arzularına yol gedirdi

oğlanlarının qayğılarıyla qol-boyun.

Yol gedirdi yuxularında,

yol gedirdi səhərə kimi,

lap elə son səfərə kimi...

Qəribə oğlanıydı Aydın,

Gərək onu yaxından tanıyaydın!..

Zarafatcıl, doğrucul,

Elə şəkili zarafatlarıyla

Əcəli aldatmışdı,

Əzraili çaşdırmışdı bir neçə yol...

Hansısa ilin bir yaz çağında

Getmişdi ata ocağından

Bakıya-elm, təhsil dalınca.

Yarımçıq elmini

            yarımçıq ömrünün alıb çiyninə  

...91-ci ilin 

yenə o yaz çağında

Qayıtdı ata ocağına

  ölüm dalınca.

Yarımçıq ömür nədir?

Öz ömrünü yaşadı,

Kövrək çiyinlərində

Min-min Aydın ömrü daşıdı.

Donuz sürüsü kəsməsəydi yolunu

Arzularının zirvəsini aşardı...

Nahaqqın önündə

coşardı,

dalğalanardı,

daşardı.

Boğazdan yuxarı

deyilən sözə yad idi,

Özü, sözü, söhbəti

alov idi, od idi,

ocaq idi,

Xəzəri yandıracaqdı...

Dostdan, tanışdan da çox,

Yardan yoldaşdan da çox

Anası bilib sevdiyi torpaq

çəkdi onu özünə

gözlənilən bəlalardan qoruyaraq.

İndi bu ürək sızıltısına-

Bu Aydınsızlığa,

Ay məni məndən edən,

divanə gəz indi !

Donuz sürüsünün dalınca gedən,

kişisən, adamsan,

özün boyda dərdə döz indi!

Bütöv Vətən boyda

bir sevgi yaşayırdı

onun bir yumruq ürəyində,

Adı kimi aydın idi,

əməli, istəyi, diləyi .

Üzü arzulara yol gedirdi...

Son səfərində-

Ölüm kəhərində

Könül quşumu qondu, mehirmi saldı

Bir göz qırpımında

                                  bir qız ağacına?

Yox, yox, qız ağacını yanıldım dedim,

Bir nərmənazik qoz ağacına?!

Arxası olmadı qardaşdan, bacıdan,

Yandı, elə yandı !

Oturdu, durdu

                    belə yandı !

Yoxsa, mənzilsizlik ehtiyacından

Son səfərə yollandı?

Qonşudan, dostdanmı bezdi,

yardanmı yaralandı?

Bilən olmadı, olmadı...

Dostu da, məsləkdaşı da

yarı da, yoldaşı da

lal oldular önündə.

Yoxluğu boyda suala döndü,

eli, günü,

yeddi arxa dönəni !

Son səfəri günündə

Bütöv Azərbaycan boyda sevgisini

Adı kimi aydın olan

nifrətini, əməlini, istəyini

Yığıb bir yumruq ürəyinə

üzü arzulara yol gedir,

Yol gedir yenə.

 





20.01.2014    çap et  çap et