525.Az

Şəmkirlilərdən "Doğma kəndimdə bir iz qoydum" adlı örnək layihə


 

ÖLKƏ XARİCİNDƏ ÇALIŞAN İŞ ADAMLARI DOĞMA YURDU UNUTMURLAR

Şəmkirlilərdən "Doğma kəndimdə bir iz qoydum" adlı örnək layihə<b style="color:red"></b>

Öz bacarıqları ilə ölkədən kənarda, xüsusən də Rusiyada özünə iş qurmuş və uğur qazanmış şəmkirli iş adamları ata-baba yurdlarının qayğılarına həssas yanaşma təşəbbüsləri ilə də seçilirlər.

Şəmkir və onun kəndlərinin işgüzar yetirmələrində formalaşmış doğma yurd üçün  xeyriyyəçilik ənənəsini nəzərə alaraq, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yeni - "Doğma kəndimdə bir iz qoydum" adlı layihə də irəli sürüb və bu xeyirxah təşəbbüsə qoşulan iş adamlarının sayı get-gedə artmaqdadır.

Rayonun Zəyəm qəsəbəsində başlanılan işlər də bu xeyirxah niyyətlərə  misallardan biridir. Zəyəmin Rusiya Federasiyasında çalışan sakinlərinin dəstəyi ilə qəsəbə ərazisində daxili yollar abadlaşdırılır, küçələrə qum-çınqıl tökülərək, texnika ilə hamarlanır.

Həmçinin uzun müddətdir ki, sahmana salınmayan qəsəbə qəbristanlığının ətrafı xüsusi hazırlanmış dəmir çəpərlərə alınıb və onun ətrafı tullantılardan təmizlənib.

Qəsəbədə başlanılan ilkin abadlıq işlərindən ruhlanan sakinlər, xüsusən də gənclər bu xeyirxah təşəbbüsə həvəslə qoşulublar. Onların könüllü fəaliyyəti ilə ərazidə olan bütün tullantılar daşınıb.

Z.MURADOV
Şəmkir

 





18.09.2020    çap et  çap et